Gündəm


Mumtv.az: - Qarabağdakı separatçılar 2022-ci ildə yeni “qoşun” növü yaratmaqla bağlı qərar veriblər. Xankəndidə mənzillənmiş separatçıların qondarma “parlamenti” dünən keçirdiyi “iclas”ında qərar qəbul edib ki, yeni ildən etibarən çoxfunksiyalı “polis qoşunları” yaratsın.

Həmin məlumata görə, yeni yaradılacaq “polis qoşunları” (bunu “daxili qoşçunlar” kimi də oxumaq olar –müəllif) bir çox funksiyaları həyata keçirəcək. Belə ki, onlar Qarabağın “müdafiə”sində, xüsusi və mühüm obyektlərin mühafizəsində iştirak edəcəklər. Bundan başqa, xüsusi yüklərin daşınmasının təhlükəsizliyini onlar həyata keçirəcəklər.

Qeyd edək ki, hələ oktyabr ayında “Şuşanı zorla tərk etmiş erməni əhalisi” adlı qondarma QHT-nin rəhbəri Aşot Arutyunyan bildirmişdi ki, o, özünü Qarabağın “prezidenti” kimi təqdim edən Arayik Harutyunyanla görüşüb. Onun sözlərinə görə, Harutyunyan söhbət zamanı ərazidəki “ordu”nu ləğv etmək niyyətində olduğu söylənib. “Mən ondan soruşdum: “Sənə bu hüququ kim verib?”. O isə “azərbaycanlılar tələb edir” cavabını verdi”.

Həmin vaxt bu məsələ böyük qalmaqala səbəb olmuşdu. Lakin Xankəndidəki separatçılar açıqlama verərək, belə bir şeyin olmadığını bildirmişdilər. Bununla da qalmaqal səngimişdi.

Bu hadisənin üzərindən iki ay keçdikdən sonra separatçıların yeni “qoşun” növü yaratmaq barədə qərar qəbul etməsi həmin dialoqun doğruluğundan xəbər verir.

Digər tərəfdən,  separatçıların rəhbəri Arayik Harutyunyan bir neçə gün öncə Xocavənddə keçirdiyi görüşlərdən birində bildirmişdi ki, onlar yeni “hüquq mühafizə orqanları” yaratmaq barədə düşünürlər. “Tez bir zamanda bölgədəki rus sülhməramlılarının nəzarəti altında hüquq mühafizə orqanları yaratmaq barədə qərara gəlmişik. Bizim başqa yolumuz yoxdur”.

Eyni zamanda, hələ noyabr ayında Harutyunyan vurğulamışdı ki, Qarabağda “polis”in sayını artırmaq və mülki əhalini də bu prosesə cəlb etmək fikrindədirlər. Onun sözlərinə görə, bütün kənd və qəsəbələrdə mülki şəxslərin silah gəzdirməsi sərbəst olacaq və həmin şəxslər “polis” funksiyasını həyata keçirəcək.

Aydın məsələdir ki, rəsmi Bakı Xankəndidəki separatçıları özbaşına buraxmaq və sərbəst hərkət etmək imkanı vermək istəmir. Bunun üçün hər hansı bir antiterror əməliyyatı və ya cəza tədbirlərini nəzərədə tutulsa da, rus sülhməramlılarının bölgədə olması səbəbindən proses yubadılır. Yəni, bu tədbirlərin onlar tərəfindən həyata keçirilməsi barədə danışıqlar gedir. Lakin buna baxmayaraq, Azərbaycan hakimiyyəti Qarabağdakı separatçıların tərksilah olunması, habelə onların “müdafiə ordusu”nun ləğv edilməsini israrla tələb edir. Bu son Soçi görüşündə də əsas müzakirə mövzularından biri olub.

Elə bu səbəbdəndir ki, görüşdən sonra Qarabağdakı erməni separatçılarının əıski parçaları və Ermənistan bayraqları yığışdırılıb. Hətta Qırmızı Bazar qəsəbəsi istiqamətində bir neçə dəfə buna görə toqquşmalar da baş vermişdi. Üstəlik, bir neçə gün əvvəl Qarabağdakı qanunsuz silahlı dəstələrin Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdən çəkildiyi və onların Xankəndiyə yerləşdirildiyi bildirilirdi. Erməni mediası da bunu təsdiqləmişdi.

Qarabağda baş verən son hadisə, yəni “polis qoşunları” yaratmaq barədə qərarın verilməsi bir neçə məna daşıyır. Birincisi odur ki, separatçıları Bakının təzyiqləri qarşısında duruş gətirə bilmədiklərindən qondarma “müdafiə ordusu”nu ləğv etməkdən başqa yollarının qalmadığını görüb, onu başqa bir ad altına “yaratmaq” qərarına gəliblər. Belə ki, “müdafiə ordusu” ləğv edilir, onun bazasında “polis qoşunları” yaradılır. Onlar, başqa şəkildə qanunsuz silahlı dəstələri saxlamağın mümkün olmadığını bilirlər.

İkincisi, separatçılar bununla əlavə qoşun növü yaradır. Silahlandıracaqları kontingenti “polis” adı altında gizlətməyə çalışırlar. Bunu belə izah etmək olar ki, separatçılar Qarabağda yaşayan erməniləri kütləvi şəkildə silahlandırmağa çalışırlar. Bu da əlavə qüvvə deməkdir.//jamaz.info

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər