Gündəm

Araik Arutyunyanı Moskvada ciddiyə alan olmayıb
MUMtv.az: - Ötən həftə Qarabağdakı separatçıların başçısı, müharibə cinayətkarı Araik Arutyunyan Moskvaya gedib. Cinayətkarın Rusiya paytaxtına getməsinə Moskvanın şərait yaratması Azərbaycan cəmiyyətində haqlı narazılıq və suallar doğurub. Necə ola bilər ki, axtarışda olan Araik sərbəst Moskvaya gedir, axtarışda olan şəxslə Rusiyada görüşlər keçirilir? Necə ola bilər ki, neytral mövqedə dayanmalı olan Rusiya sülhməramlıları daim Araik Arutyunyanın müdafiəçisi qismində çıxış edir, ona sərbəst hərəkəti üçün şərait yaradır? Bu, Azərbaycana qarşı təxribatdır. Şübhəsiz ki, Ermənistan və separatçıların xaricdəki havadarları da Ermənistan və Azərbaycan arasında eskalasiyanın artmasında maraqlıdır. Xüsusən Ermənistanda seçkilər ərəfəsində bu havadarlar daha da fəallaşmağı zəruri sayıblar.

Hətta bu hadisəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsinin vacibliyi də bir çox siyasətçilər və politoloqlar tərəfindən dilə gətirilib. Lakin rəsmi Bakı bu addıma getməyib. Qarabağ separatçılarının lideri keçmiş illərdə beynəlxalq hüquqa zidd olaraq hansısa ölkəyə gedib kimlərləsə görüşəndə Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkənin səfirini çağırar və ona etiraz notası təqdim edərdi. İndi isə separatçıların liderinin Moskvaya səfərinə bu şəkildə etiraz edilmir.

Azərbaycanın müvafiq orqanları tərəfindən barəsində cinayət işi açılmış və axtarış elan olunmuş müharibə cinayətkarı Araik Arutyunyan isə artıq Moskvadan geri qayıdıb. Onun Moskvada kimlər tərəfindənsə qəbul edilib-edilmədiyi haqda isə məlumatlar verilməyib.

Araik Arutyunyan Moskva səfərindən məmnun qaldığını, Rusiyadakı müxtəlif strukturların onu qəbul edib fikirlərini dinlədiklərini deyib. Ancaq bu strukturların adını çəkməyib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat”a şərhində bildirdi ki, ermənilərin kompakt yaşadığı bir bölgədən ciddi əhəmiyyət kəsb etməyən bir erməninin Moskvaya gedişini səfər adlandırmaq lazım deyil: "Hesab edirəm ki, bu, ciddi məsələ deyil və onun barəsində elə də ciddi mülahizələr irəli sürməyə dəyməz. Bəllidir ki, orada baş verən hadisələr iki siyasi məntiq üzərində qurulub. Bizim siyasi məntiqimiz ondan ibarətdir ki, biz bu bölgəni addım-addım Azərbaycan dövlətinə reinteqrasiya edəcəyik. Bu, açıq bəyan olunub. Bunun siyasi, hərbi təminatları yaradılıb. İndi orada baş verən proseslər elə bil inersiya xarakteri daşıyır. Yəni köhnədən qalan hansısa siyasi inersiyanın göstəriciləridir. Bunlara çox da önəm vermək, hesab edirəm, düzgün deyil. Bəllidir ki, bir müddət bəzi qüvvələr çalışacaqlar vəziyyəti o şəkildə göstərsinlər guya ermənilər yaşayan həmin bölgədə ciddi erməni siyasi qüvvələrin iradəsi və siyasəti mövcuddur. Arutyunyan kimilərinin Moskvaya gedişi də bu görünütünü yaratmaq üçündür. Buna Moskvada bəzi dairələr də çalışır”.

T.Zülfqarov qeyd etdi ki, bu "siyasi fəal” ora-bura Ermənistan pasportu ilə gedir. Həmçinin Moskvaya da Ermənistan pasportu ilə gedib: "Hətta ruhi xəstələr də görürsən ki, özünü ”Napoleon" elan edir. İndi Arutyunyan da Ermənistan pasportu ilə hansısa ölkəyə gedib özünü nə isə elan edirsə, inanmıram ki, onu kimsə ciddi qəbul edir. Əlbəttə, o çalışacaq ki, guya Moskvada ciddi görüşləri olduğu barədə rəy yaratsın. Halbuki heç bir ciddi görüş-filan olmayıb. Onu ciddi qəbul eləyən yoxdur.

Artıq hamı başa düşür ki, məsələ həll olunub, 30 il öncə irəli sürülən "Miatsum” layihəsi darmadağın olub. Sadəcə olaraq, bəzi proseslər qalıb ki, müəyyən müddət ərzində onun da məsələsi həll olunacaq. Bir müddət sonra Qarabağda qalan ermənilər seçim qarşısında qalacaqlar. Ya onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da evlərini satıb çıxıb gedəcəklər. Bu seçim artıq hamı tərəfindən qəbul olunub və hamı başa düşür ki, ayrı yol yoxdur. Bunu Moskvaya gedən cinayətkar da bilir, sadəcə, görüntü yaratmaqla məşğuldur. Ona görə də ona çox da diqqət yetirməyə dəyməz".//dia.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər