Gündəm

Meyvə-tərəvəz, ərzaq od qiymətindədir, satan da narazıdır, alan da... - PROBLEM
 
MUMtv.az: - Payızın ikinci ayında ölkədə meyvə və tərəvəz məhsullarının qiyməti kəskin bahalaşıb. Paytaxtı bu məhsullarla təmin edən "Meyvəli” topdansatış ticarət mərkəzində apardığımız müşahidələr göstərir ki, avqust- sentyabr ayları ilə müqayisədə əksər məhsulların qiyməti xeyli yüksəlib.

Məsələn, ötən ay Xaçmaz rayonundan gətirilən pomidor 30-32 kiloqramlıq yeşikdə 15-16 manata təklif olunurdusa, hazırda bu rəqəm 40-45 manata qalxıb – təqribən 3 dəfə bahalaşma. Bir neçə həftə öncə 10 kiloqramlıq kisəsi 3-4 manata satına xiyar isə hazırda 11-12 manata təklif edilir. Lobya 1.8-2 manat, kartof, 60-90 qəpik, soğan 35-50 qəpik, kələm 80-90 qəpik, yerkökü 1.2-1.5 manat, çuğundur 1 manat, şirin bibər 80, acı bibər 60 qəpik, sarımsaq 3.50-5 manata satılır. Nəzərə alsaq ki, bu ticarət mərkəzində göstərilən qiymətlər ancaq topdansatış üçündür. Burada alıcılara kiloqramla mal nadir hallarda satılır.

Meyvələrdən nektarin, alma, üzüm mandarin, portağalın qiymətində yüksəliş var. Mövsümü yeni başlayan narın müxtəlif sortlarını isə 80 qəpikdən 3 manata qədər almaq mümkündür. Qeyd edək ki, bəzi istisnalarla bu qiymətlər Dövlət Statistika Komitəsinin açıqladığı aylıq qiymətlərlə uyğun gəlir.

Qusar rayonundan bazara tərəvəz gətirən Xudukərim Şahverdiyev deyir ki, qiymətlər məsulların qıtlaşmasına görə bahalaşıb. Onun sözlərinə görə, bostanlarda, bağlarda artıq meyvə-tərəvəz qalmayıb: "Biz axırını yığıb-yığışdırıb gətiririk. Son günlər yağışlar da camaata imkan vermədi ki, bostanını yığsın, çox adamınkı zay oldu”.

Xaçmazdan pomidor gətirən Şirin Eyvazov da onunla həmfikirdir, dediyinə görə, kəndlinin əlində satlıq məhsul qalmayıb: "Bundan sonra gətiriləcək məhsullar iri təsərrüfatlardan olacaq. Parniklərdən, saxlama kameralarından bazarlara məhsullar daşınacaq. O zaman qiymət indikindən daha baha olacaq”.

Arabaya 2 kisə kartof, bir yeşik pomidor, kələm, kök, göyərti yükləmiş alıcı Elxan Hacıyev deyir ki, şəhərdə kiçik meyvə-tərəvəz dükanı var: "Günaşırı bazara gəlib alıram, sonra məhəllədə camaata satıram. Əvvəl daha çox ala bilirdim, qiymətlər yaxşı idi, indi bahalıqıdr. Camaat alıb yeyə bilmir, ilin günün bu vaxtı kilosu 3 manata kimdir pomidor alan?!” E. Hacıyev deyir ki, aldığı məhsulun üzərində 35-40 faiz qiymət qoymağa məcburdur: "Bax bu kisəni (əli ilə arabadakı kartofu göstərir – müəllif.) 45 manata almışam, amma açıb tökürsən, bir hissəsi zay çıxır, əlimdə qalır, sata bilmirəm. Alıcıya deyə bilmərəm ki, necə var, elə də al…”

Son iki ayda ərzaq məhsullarının qiymətində də dəyişiklik var. Ötən ilin avqustunda 1 litri orta hesabla 2 manat 90 qəpiyə satılan günəbaxan yağı bu ilin avqustunda 4 manat 20 qəpiyə satılıb. Bahalaşma səviyyəsi 1 manat 30 qəpik və ya 45%-ə yaxındır. Xaricdən gətirilən günəbaxan yağı 42%, yerli günəbaxan yağı isə 51% bahalaşıb. Yerli qarğıdalı yağının qiymətində 36,5% və ya 1 manat 44 qəpik artım qeydə alınıb. Kəsmik 22%, şor 15%-ə yaxın bahalaşıb.

İqtisadçı Nemət Əliyev Pressklub.az-a bildirib ki, qida rasionunda tez-tez istifadə olunan ərzaqların bahalaşma səviyyəsi adamı heyrətləndirir: "Bu ilin sentyabr və oktyabr aylarında da qiymətlər artıb. Müqayisə olunan dövrdə orta aylıq əməkhaqqı vur-tut 1,8%, adambaşına düşən əhali gəlirləri isə cəmi-cümlətanı 0,7% çoxalıb. Cüzi əməkhaqqı, pensiya, sosial müavinət artımlarının bütünlüklə böyük bahalaşmanın yeminə çevrilməsi, əhalinin əlindəki ehtiyatların sürətlə əriməsi açıq şəkildə ortadadır və bunu gizlətmək mümkün deyil”.

İqtisadçının sözlərinə görə, dünyanın ən bahalı şəhərlərində bu dərəcədə bahalaşma yaşanmaz, yaşansa belə, bahalaşma ilə əhali gəlirləri arasında bu böyüklükdə fərq əmələ gəlməsinə imkan verilməz. "Nə normal hökumətlər, nə də xalqlar buna dözər. Odur ki, əhali gəlirləri ilə bahlaşma səviyyəsi arasındakı fərqin 2-cinin xeyrinə bu qədər böyüməsi ilk növbədə hökuməti düşündürməli və onu bahalaşmaya rəvac verən addımlar atmaqdan çəkindirməlidir. Görünən budur ki, bahalaşmanın geriyə dönüşü olmayacaq. Belə şəraitdə tək ümid əməkhaqları, pensiya və müavinətlərin təsirli dərəcədə artırılmasına, rəqabət qabiliyyətli yeni iş yerlərinin yaradılmasınadır ki, bunun da hələ səsi-sorağı eşidilmir”, -N. Əliyev vurğulayıb. //PRESSKLUB.AZ//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər