Gündəm

“Azərsu”nun idarə rəisi İlqar Tağıyevin 10 milyonluq villası, bahalı saat və avtomobil kolleksiyası- O da HƏBS oluna bilər…

MUMtv.az: - “Azərsu”nun idarə rəisi İlqar Tağıyev sosial şəbəkədə dombalaq aşır
Səlim Müslümov həbs olundu, bəs Rauf Tağıyev ?
Devin canı şüşədə olan kimi bütün qurumların da canı, pulu, malı Təchizat İdarəsində olur. Yəni qurumdakı milyonluq maxinasiyalar, “summa”ların şişirdilməsi, “otkat” əməliyyatları Təchizat idarəsində həyata keçirilir.
Bu idarədə milyonlar dövr edir.
“Azərsu” ASC kimi strateji bir qurumun Təchizat İdarəsinin rəisi olan İlqar Tağıyev isə sosial şəbəkələrdə “dombalaq” aşır, videolar çəkdirib paylaşır, kimlərəsə özünü karateçi kimi göstərir.
Təsəvvür edirsiniz, o boyda idarənin rəisi özünü necə yüngül aparır.
Özünü necə aparmasını qoyaq İlqar Tağıyevin özəl dünyasına.
Bəs, İlqar Tağıyevin nümayiş etdirdiyi çox bahalı saat kolleksiyalarını, bahalı avtomobilləri kimin hesabına yazaq?
Sən dövlətdən konkret məbləğdə əmək haqqı alırsan. Bəs, kolleksiyaları hansı pulla əldə etmisən ?
Əlbəttə, Azərsu-dan oğurladığın dövlət vəsaitlərinin hesabına. Bahalı aksesuarlarının dəyəri neçə on milərlə dollardır.
Lətifəsi səndən uzaq olsun, arpa çox olanda məmurlar da şıllaq atır.
Yaxşı kolleksiyanı da harasa yazdıq.
Bəs Patamdartda milyonçular məhəlləsində dəyəri 10 milyon dollar olan villanı kimin hesabına yazaq ?
Bu günlərdə villandakı xırda təmirə 300 min dollar xərcləmisən. Onu kimin ayağına yazaq ?
Özün və həyat yoldaşın Xatirə xanım bir gündə neçə avtomobil dəyişirsiniz ?
Bunlar kimin pulları ilə alınıb ?
Bəlkə, atan Rauf Tağıyevin pulları ilə ?
Məlumat üçün qeyd edək ki, İlqar Tağıyev hazırda həbsxana həyatı yaşayan sabiq nazir Səlim Müslümovun sağ əli Rauf Tağıyevin oğludur.
Rauf Tağıyev uzun illər Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Dövlət Xidmətinin rəis mavini və rəisi vəzifələrini icra edib.
Əslində bu gün Səlim Müslümovla bərabər Rauf Tağıyev də həbsdə olmalı idi. Amma bu gün nazirlikdən mənimsədiyi milyonların hesabına özü və oğlu İlqar Tağıyev əsl baron həyatı yaşayır.
Düzdür, ata-oğul neçə ildir ki, küsülüdürlər. Küsülü olmağın da səbəbi maraqlıdır, sadəcə, publika üçün deyil.
Əslində İlqar Tağıyevin mühüm vəzifə tutmasında atası rol oynayıb.
Düzdür, İlqar Tağıyevin karyerasında Xatirə xanımın da rolu az deyil, əslində İlqara komanda verən də həyat yoldaşıdır.
İlqar Tağıyevin xeyli sayda zərərli vərdişləri də var, şəraba çox meyllidir.
İstər-istəməz sual doğur.
Görəsən, bütün sadaladıqlarımızı özündə daşıyan bir adam necə və hansı yolla strateji bir qurumda İdarə rəisi vəzifəsində kreslonu zəbt edib ?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil.
Qoy bu barədə səlahiyyət sahibləri düşünsün.

Növbəti yazımızda İlqar Tağıyevin Badamdarda yerləşən 5 mərtəbəli imarəti barədə geniş araşdırmamız olacaq.




Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər