Gündəm

Rövşən Rzayevin biznesini kim yönəldir...
DogruXeber.az: - Ötən dəfə qeyd etdiyimiz kimi Rövşən Rzayevin "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə sədr təyin olunmasının 3 ili tamam oldu, artıq 4-cü ilidir.
Sözün düzü, Rövşən Rzayevin neqativ əməlləri haqqında, ona göstərilən etimadı doğrultmaması barədə o qədər yazılıb ki, artıq bu adamın personası insanları yorur.
Amma deyəsən, Rövşən Rzayev özü də "işsizlikdən” yorulub. Bizim ehtimalımıza görə, yaxın günlərdə olmasa da, yaxın zamanda Rövşən Rzayev vəzifəsi ilə vidalaşacaq.
Ancaq hazırda, yəni de-yure Rövşən Rzayev komitə sədri olduğu üçün ona bir neçə sual ünvanlayaq.
Cənab Rövşən Rzayev, deyirsən ki, mənim əlavə gəlir mənbəyim yoxdur, maaşla dolanıram.
Cənab Rövşən Rzayev, sən başın, dediklərinə özün inanırsan ?
Sən Azərbaycan cəmiyyətini nə hesab edirsən ?
Necə yəni maaşla dolanıram.
Rövşən Rzayev, deyirsən ki, oğlum kiçik bizneslə məşğul olur.
Cənab komitə sədri ! Heç utanırsan, heç ayıb edirsən ?
Sizin oğlunuz Almaniyada mənzil biznesi ilə məşğul olur. Mənzil biznesi məgər kiçik biznesdir ?
Cənab Rövşən Rzayev ! Sizin oğlunuz hansı pulla Almaniyada mənzil alıb-satır ?
Rövşən Rzayev, sizi Azərbaycanda restoranlar kralı kimi tanıyırlar.
Berlində "Karabakh” ("Qarabağ”) və Kölndə "Old Baku” ("Qədim Bakı”) restoranları kimə məxsusdur, cənab komitə sədri ?
Bəs deyirsən maaşla dolanıram ?
Rəhbərlik etdiyin komitədə 2 MÜHÜM, YAĞLI YER VAR:
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Mənzil İstismar Departamenti.
Fondun direktoru dostunuz və şərikiniz Mahir Abbaszadə, Departamentin direktoru isə ikinci dostunuz və ikinci şərikiniz Səbuhi Əhmədovdur.
Bəli, cənab Rövşən Rzayev, siz komitəyə öz şirkətiniz, biznes sahəniz kimi baxırsınız. Və deyirsiniz ki, maaşla dolanıram.
Rövşən Rzayev, siz Mahir Abbaszadənin əli ilə milyonluq tenderləri hansı şirkətlərə satırsınız ?
Rövşən Rzayev, siz keçən il qaçqın şəhərciyində daxili yolların təmirinə 200 min manat xərcləmisiniz.
200 min manata magistiral yol salırlar ee.
Özü də təmirə və şəhərcik daxili yola 200 min manat.
Rövşən Rzayev ! Sən məcburi köçkün şəhərciyində "besedka”nın tikintisinə 70 min pul xərcləmisən, 1 "besedka” 8 minə başa gəlib
8 min manata "besedka” olar, cənab sədr ?
8 min manata camaat ev tikir, sən də "besedka”.
Özün qaçqınların hesabına milyonlar qazanırsan, qaçqınların isə orta aylıq əmək haqlarını, digər güzəşt və imtiyazlarını ləğv edirsən.
Nə yazaq və necə yazaq ki, başa düşəsiniz, cənab sədr ?
Təsəvvür edirsiniz, məcburi köçkünlərin şəhərçiklərindəki JEK işçiləri 4 aydır əmək haqqı ala bilmirlər.
Məcburi köçkün şəhərçiklərində su tapılmır, insanlar koronavirus dövründə əllərini yumağa su tapmırlar.
"Azərsu”yun 1 litrini 0.7 manata satdığı suyu, sən alıb qaçqınlara 1.5 manata satırsan. Şəhərciklərdə bütün qış dövrü istilik sistemi-"kotelni” işləməyib.
Qaçqınlara verilən dəniz suyunu filtrdən keçirib qaçqınlara hər litrini 15 qəpikdən satırsan.
Hansını yazaq, problem bir deyil, iki deyil...
Dostunuz və şərikiniz Mahir Abbaszadə 15 milyonluq tenderi kimlərə verdi ?
Digər dostunuz və şərikiniz, Balaxanıneft Neft Qaz Çıxarma İdarəsinin ( NQÇİ) rəisi olmuş, hazırda Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun qaçqınların başına oyunlar açıb, mənzilləri satır, qaçqın şəhərciklərində satmadığı yer qalmayıb. Və üstəlik qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Daha nələrdən yazaq ki, siz böyük cinayətlərin içində olduğunuzu anlayasınız, cənab Rövşən Rzayev. //gundelik-baku.com//

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər