Cəmiyyət
Cəmiyyət / Hadisə
“Azərsu”nun idarə rəisi koronavirusdan öldü
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVİD-19 virusundan dünyasını dəyişib.
Mumtv.az bildirir ki, bu barədə Axar.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib:
"Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o, pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib".