Gündəm

Əhalidə dollara maraq yaradan banklar...
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun mövcud durumunu qiymətləndirib.

"Fitch” Azərbaycanın bank sektorunun nisbətən zəif olduğunu və bunun agentliyin ölkənin bank sisteminin "b" səviyyəsində qiymətləndirməsində öz əksini tapdığını qeyd edir. Agentliyə görə, cari ilin I rübündə cəmi depozit bazasının dollarlaşması 2019-cu ilin sonunda qeydə alınan 61%-dən 55%-ə ensə də,"BB+" səviyyəsində qiymətləndirilən ölkələrə xas olan 26%-lik səviyyədən (median göstərici) uzaq qalır. Bundan əlavə, bank sektorunun ümumi dollarlaşmasının yüksək qaldığı bildirilir.

Bu gün faktdır ki, ölkə əhalisi digər valyuta növlərindən daha çox məhz dollara üstünlük verirlər.

"Fitch”in məlumatlarını da nəzərə alsaq, mövcud vəziyyət insanların manata inamının azalmasındanmı irəli gəlir?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər son dövrün dinamikasına baxsaq, dollarlaşma azalıb:

"Hətta banklardakı əmanətləri götürsək, son bir neçə ildə milli valyutada əmanətlər artıb, dollarda isə azalıb. Bu da milli valyutaya inamın artması ilə bağlı deyil, daha çox faiz dərəcələri ilə bağlıdır. Çünki bu dəqiqə dollar əmanətləri üzrə faizlər aşağıdır, hətta bəzi banklarda 1-2 faizdir. Milli valyutada isə 10-12 faiz arasıdır. Eyni zamanda, yaxında devalvasiya gözləntisi yoxdur, ona görə ki, neftin qiyməti qalxıb”.

Ekspert bildirib ki, bu baxımdan hazırda milli valyutada əmanətlər artan xətlə gedir, dollarda azalır: "Ancaq bütövlükdə götürsək, dollarlaşma əvvəlki illərə nisbətən az olsa da, banklardakı əmanətlərin əksəriyyəti dollarladır. Bu da insanların milli valyutanın perspektivdə devalvasiya olması qorxusu ilə bağlıdır”.

Ekspertin fikrincə, insanların milli valyutanı yenə də dollara dəyişməsinin digər səbəbi də var:

"Banklar valyuta əməliyyatlarını yalnız günün birinci yarısında aparırlar. Bir nəfərə isə bir il ərzində 20 min ekvivalentindən çox dollar satmırlar. Banklardan soruşanda deyirlər, qeyri-rəsmi göstəriş gəlib. Mərkəzi Bank deyir ki, biz belə göstəriş verməmişik, bankların öz təşəbbüsüdür. Belə bir qeyri-müəyyənlik var. Bu da insanlara psixoloji cəhətdən çox mənfi təsir edir və qorxurlar, düşünürlər ki, görəsən nə gözlənilir, nə olacaq, niyə bizə çox dollar satmırlar? Hesab edirəm ki, burada dövlət orqanlarının da günahı var, qeyri-müəyyən şəraitin xeyli müddətdir davam etməsini aradan qaldırmırlar”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər