Gündəm

Beynəlxalq agentliyin manat açıqlaması: Riskdən xəbər verir?
MUMtv.az:-"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin əsas risklərini sadalayıb.

Məlumata görə, əsas risklərdən biri manatın məzənnəsinin potensial volatilliyidir. Belə ki, ASC- nin, demək olar, bütün borclarının xarici valyutada, gəlirlərinin isə əsasən manatla olması şirkəti sözügedən mövcud riskə həssas edir.

Bundan əlavə, "S&P" "Azərenerji"nin vəsaitlərinin Azərbaycanın zəif bank sistemində saxlamasını şirkətə üçün növbəti təhdid kimi qiymətləndirir.

Qeyd edək ki, agentlik gələcəkdə dövriyyə kapitalının və ya kapital xərclərinin artmasını da mümkün risklər arasında sadalayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında "S&P" davamlı dövlət dəstəyini nəzərə almaqla "Azərenerji" ASC-nin avtonom kredit profilini "b-" səviyyəsində qiymətləndirib.

Artıq o zaman agentlik qeyd etmişdi ki, şirkətin borc portfeli əsasən xarici valyutalarda ifadə olunub və şirkətin məzənnə dəyişkənliyi risklərini azaltmaq üçün xarici
valyutada əhəmiyyətli pul axını yoxdur.

Artıq o zaman agentlik qeyd etmişdi ki, şirkətin borc portfeli əsasən xarici valyutalarda ifadə olunub və şirkətin məzənnə dəyişkənliyi risklərini azaltmaq üçün xarici valyutada əhəmiyyətli pul axını yoxdur. Mövcud sosial-iqtisadi şərtlər daxilində manatın dəyər itirməsi əhalini daha çox "qorxudan” məsələlərdən biridir.

Qeyd edək ki, ölkədə devalvasiyanın gözlənməsi ilə bağlı fikirlər də səslənir.

Belə bir zamanda sözügedən təşkilatın mövqeyi manata təzyiqlərin gözlənilən olduğunu söyləməyə əsas verirmi?

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında manata təhdid olmadığını bildirib:

"Bu qiymətlndirmədə qeyd olunan risklər hətta dövlət büdcəsinin tərtibi zamanı da qeyd olunur. Ümumi götürdükdə risklər Azərbaycan iqtisadiyyatı üçün keçərlidir. Xüsusi hallarda bu risklərin təsir imkanları daha da artırır. Məsələn, "Azərenerji” ASC-nin borclarının əhəmiyyətli hissəsi – 100 faizə yaxını xarici valyutadadır. Buna görə də bu, risk kimi qeyd olunur. Bu yaxın gələcəkdə nəyinsə baş verə biləcəyi ilə bağlı mesaj deyil”. İqtisadçı bildirir ki, indiki şərtlər daxilində manatla bağlı hər hansı ciddi risk yoxdur: "Valyuta bazarlarında tələb və təklif arasında uyğunluq var. Ötən illə müqayisədə xüsusilə də neftin təxminən büdcədə nəzərdə tutulduğundan 40 faiz baha satılması faktoru, tədiyyə balansında profisitin yaranması, eləcə də Dövlət Neft Fondunun bazara təklif etdiyi valyuta həcminin ötən illə müqayisədə az olması daxilində manata risk yoxdur. O cümlədən, burada sosial amillər, hökumətin məsələyə baxışı konteksindən də deyə bilərik ki, 2021-ci il ərzində manatın məzənnəsi üçün hər hansı risk görünmür”.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər