Bill Qeytsdən yeni pandemiya mesajı
24-12-2020, 21:57
55 dəfə baxılıb
"Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb.
Mk.ru xəbər verir ki, o, peyvəndin mövcudluğuna rəğmən, vəziyyətin daha pis ola biləcəyini deyib.
"Hələ də çətinlikdən qurtarmamışıq”, - deyə o, bloq yazısında qeyd edib.
Onun sözlərinə görə, kompüter modellərinin təhlili əsasında dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı proqnozu əldə edilir.
Qeyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib.
Eyni zamanda, o bildirib ki, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insana görə narahatdır./Oxu.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR