Sosial

Niyə Azərbaycan dilini bilmirik ki, sonra da boğulaq?
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 

Günay Malikqızı yazır...

Bu il yay başqa cür oldu. Əslində, qlobal istiləşmə fonunda baş verən bütün bu dəyişikliklər elmlə tam izah ediləndir.

Ancaq biz həftəsonu küləkli, soyuq, yağış və az qala "şaxtalı", həftəiçi isə əksinə, isti, küləksiz, qısası, əsl dəniz havası ilə keçən 2019-un yay aylarına heç cür anlam verə bilmədik. Hirsimizdən….

 

Çünki bütün həftəni işləyirsən, hər gün Xəzərin yanından keçib, "eybi yox, bazar günü gəlsin, mən də dənizə gedəcəm" deyirsən. Bəli, buyur, şənbə-bazar gəlir və nəinki dənizə gedə bilirsən, küləkdən heç evdən çölə çıxmaq olmur.

Amma yenə də "dənizin havası yetər" deyib Xəzərin sahilinə üz tutanlar olur. Sözün düzü, mən də bir neçə dəfə Xəzərin sahilində dalğaların səsini dinləyərək dincəlməyə çalışmışam. Çalışmışam, çünki hər dəfə həyəcan dolu dəqiqələr yaşamışam.

Həyəcandan, "Görəsən, nə olacaq?" sualı ilə iki dəfə üzbəüz qaldıqdan sonra küləkli havada  dəniz qırağına getməkdən vaz keçdim.

Külək əsir. Təbiətə "Bu gün bazar günüdür, əsmə" demək olmur.

Amma "Küləkli havada dənizə girmək qəti qadağandır!" yazısına, xilasedicilərin  xəbərdarlıqlarına məhəl qoymadan, nəzarətdə olan məsafədən kənara çıxanları görəndə anlayırsan ki, vallah, təbiət lap anlayışlıdır.

Xilasedici heç bir sözə-qaydaya məhəl qoymadan dalğaların qoynuna atılan ürəkli oğlanın ölməməsi üçün özünü "öldürür". Qıraqdan camaat da başlayır əl eləməyə, "əmioğlu, uzağa getmə" deyə qışqırmağa, amma yox, həmin o şəxs uzaqlaşdıqca uzaqlaşır.

Bir neçə saniyədən sonra xilasedicilər güclə sudan çıxardıqları adama süni nəfəs edir, onu həyata qaytarmağa çalışır. Camaat qarışır bir-birinə, hamı dua eləyir, nə var, nə var ki, kimsə heç kimi saymır, küləyə, dənizə meydan oxuyur.

Amma Azərbaycan dilndə yazılan "Küləkli havada dənizə girmək qəti qadağandır!" yazısını oxumur. Ya da oxuyur, Azərbaycan dilində anlamır.

Ölüm anımız alnımıza yazılıb. Heyf suda boğulub, cavan qəlbləri dayanan uşaqlara, insanlara… 

Bu yazını hamıya aid etmirəm, heç kimi incitmək də istəmirəm. Amma nə olar bir qaydaya da heç bir zərər görmədən riayət edək.

Niyə, axı biz yazılan qaydanın əksinə çıxmaqla fərqlənməliyik.

Küləkli havada dənizə girmək qəti qadağandır! Yazanların bir bildiyi var.

Vallah da var, billah da var…./Oxu.az

 


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər