Sosial

Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA
 
 
 
 
 
 

 
 
Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında ”Məktəb direktorunun "moyka biznesi”” və "Biznesmen məktəb direktoru” başlıqlı məqalələr dərc olunmuşdu. Məqalələrdə qeyd etmişdik ki, 244 saylı orta məktəbdə müəllimlər günü münasibətilə, fond pulu və Yəhya Abbasovun icad etdiyi müxtəlif üsullarla valideynlərdən pullar yığılır. Direktor Yəhya Abbasov ona tapşırılan işlərin öhdəsindən lazımi səviyyədə gələ bilmir, üstəlik nazirlikdə rəhbər vəzifə tutan şəxslərdən bir neçəsinin arxasınca danışır. Deyir ki, qohumum Məmməd Bayramov təhsil sistemində vəzifə başında olanda mənə bir söz deyən olmurdu. O, vəzifədən çıxandan məni sıxışdırmağa başlayıblar.
1782 şagirdi olan 244 saylı orta məktəbdə təhsilin keyfiyyəti istənilən səviyyədə deyil, daha doğrusu, günün tələblərinə cavab vermir. Müəllimlərin və şagirdlərin tədris prosesinə göstərdikləri münasibət fərqlidir. Yəni yuxarı sinif şagirdlərinin yetərli hissəsi dərsə davamiyyətli şəkildə gəlmir. Çünki onların əksəriyyəti ali məktəblərə repititor yanında hazırlaşırlar. Qəribədir ki, direktor Y.Abbasov vəziyyətin düzəlməsindən ötrü heç bir tədbir görmür. Əksinə məktəb rəhbəri yuxarı sinif şagirdlərinin dərsdən yayınmasına özünəməxsus formada şərait yaradır. Dərsə gəlmək istəməyən 10 və 11-ci sinif şagirdləri sinif rəhbərlərinin vasitəsilə direktora "şirinlik” verib istəklərini həyata keçirirlər.
Yəhya Abbasov dərs saatlarını müəllimlər arasında düzgün bölüşdürmür. Direktorla yaxın münasibətlərə malik olan müəllimlərin dərs saatı sarıdan problemi yoxdur. Şagirdlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə orta təhsil ocaqlarında fakultativ dərslər təşkil olunur. 244 saylı orta məktəbdə isə fakultativ dərslər düzgün qaydada təşkil edilmir. Belə ki, direktor həmin dərsləri ya öz, ya da bəzi müəllimlərin adına yazaraq həmin vəsaitləri özünə götürür. Bütün bu işləri müavini Sevinc Süleymanovanın əli ilə edir.
İnanırıq ki, Təhsil Nazirliyinin rəsmiləri 244 saylı orta məktəbdə yaşanan problemləri yerində araşdırıb direktorun barəsində lazımi ölçü götürəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ərdoğan Suriya lideri ilə sərhəddə görüşə bilər

"Sən orda mənim barəmdə nə irəli-geri danışırsan?!" - Müəllimlərdən imtahan üçün rüşvət istəyən təlimçinin jurnalistlə "varavskoy söhbəti"

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT

Bəzi bölgələrə leysan yağıb, şimşək çaxıb

Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Bütün xəbərlər