Gündəm

Qəbələdə yerli turizm NİYƏ BATIR? - ÖZBAŞINALIQ!

 

 
Mumtv.az: - Yayın gəlişi ilə hamı üz tutub rayonlardakı səfalı məkanlara. Di gəl ki, hər səfalı guşəni, Allahın hamıya bəxş etmiş olduğu bu gözəlliyi bir Allah qulu mənimsəyib, özü üşün qazanc mənbəyinə çevirib. Bu dəfə Qəbələ rayonunun Qəmərvan kəndi ərazisində yerləşən Çömçəbulaq deyilən bir səfalı guşənin qıfıl altına salınmasından danışmaq istəyirəm.
Bu bulağa dəfələrlə yolumuz düşüb və problem olmadan sərt qayaların, sıldırımların əhatəsindəki buz kimi suyundan içmişik. Bu il nə məsələdirsə, Sərhəd Qoşunları istirahətə gələn insanları əraziyə pasport qeydiyyatından keçirərək buraxır.

Bu da yetməzmiş kimi üzüyuxarı bulağa tərəf qalxmaq istəyəndə keçid yolunu 4 sıravi şəxs şlaqbaumla kəsib, gələndən-gedəndən 2 manat pul istəyir. İndi bu pulu kim yığır?

Kənd sakinləri, yoxsa Sərhəd Qoşunları? Yerli zabitlərdən aldığımız məlumatda bizə deyildi ki, bu məslənin onlara dəxli yoxdur. Yolu kəsənlər də kimə işlədiklərini demək istəmirlər. Hər bulağın başında bir yolkəsən dursa, Dəli Domrulun dastanına dönəcəyik. Keçəndən bir axça, keçməyəndən 5 axça.

Ölkənin turuzm sektoru ilə məşğul olan qurumlar ümumiyyətlə, maaşı nə üçün alırlar? Bu qədər şikayətlər gəlir, özümüz öz əlimizlə işıq gələn yerə barmaq soxub kor edirik? Gərək mütləq yuxarıdan dövlət başçısı silkələyə, kimisə işdən çıxara ki, düzgün işləmə kampaniyası başlaya? (o da bir müddətlik). Mən o 4 nəfərin 2 manat almasına o zaman haqq verərəm ki, onlar bulağın ətrafında hansısa bir şərait quralar, oturacaqlar, masalar düzələr, təmiz bir tualet tikələr və deyələr ki, bura bizim xidmət sahəmizdir. Yoxsa belə? O zaman adam çoxdur deyə hamımız Bakının girəcəyinə şlaqbaum asaq, gələndən-gedəndən pul tələb edək? Nəy isə susum! Dəlinin yadına daş salmayım. Onsuz da bizdən nə desən, çıxır.

Onu da ayrıca olaraq vurğulayaq ki, təbiətə boylanmaq müqabilində pul tələb olunması halları ölkənin çox yerlərində var. İndi haqqında yazdığımız isə onlardan sadəcə, biridir.//Bizimyol.info

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər