Gündəm

Təhsil Nazirliyi adından DƏLƏDUZLUQ... - "Bu da açıq-aşkar görünür..."

 

 
Mumtv.az: - Təhsil Nazirliyinin adına sosial şəbəkələrdə səhifə açıb, övladlarının sinfini dəyişmək istəyən valideynləri aldadırlar. Belə ki, səhifəni idarə edən şəxslər valideynlərdən dövlət rüsumu adı ilə qanunsuz pul istəyirlər. İnstaqramda 3 mindən çox izləyicisi olan ''Təhsil nazirliyi'' adlı səhifəni idarə edənlər valideynləri aldatmaqla məşğuldurlar. Belə bir problemlə qarşılaşan valideynlərdən biri həmin şəxslə yazışmalarını ''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərib. Həmin valideyn övladını təhsil aldığı məktəbdə sinfini dəyişmək üçün ''Təhsil nazirliyi'' adlı səhifəyə yazıb. Səhifəni idarə edən şəxs bunun mümkün olduğunu, ancaq bu məqsədlə göndərilən hesab nömrəsinə dövlət rüsumu adı ilə 467 manat ödənməli olduğunu qeyd edib. Valideyn qarşı tərəfə bu əməlin qanunsuz olduğunu bildirdikdə isə həmin şəxs məbləğin rəhbərlik tərəfindən müəyyənləşdirildiyini qeyd edib.

Mövzu ilə bağlı  açıqlama verən təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, təhsil sistemi artıq ciddi şəkildə elektronlaşıb. Onun sözlərinə görə, bəzi hallarda təhsil sistemində göstərilən xidmətlərin elektronlaşması valideynlər üçün müəyyən çətinliklər yaradır:

"İstər birinci sinfə şagird qəbulu, istərsə də şagirdlərin yerdəyişməsi və digər proseslər Təhsil Nazirliyi tərəfindən elektronlaşdırılıb. Burda isə əsas məqsəd şəffaflığın təmin edilməsidir. Lakin elektronlaşma valideynlərdə müəyyən qədər çətinliklər yaradır və nəticədə onlar bu xidmətlərin göstərilməsi üçün kimlərəsə müraciət edir. Təbii ki, burada iki məsələ var. Birincisi, Təhsil Nazirliyinin adından pul yığılma, yəni etibardan sui-istifadə halları, ikincisi isə kimlərsə bu elektron xidmətləri ödənişli əsaslarla göstərir. Yəni belə deyək ki, hansısa tədris mərkəzi və şəxslər valideynin yerinə hər hansı bir xidməti ödənişli əsaslarla göstərir. Burada hər hansı qanuni məsələ yoxdur. Amma sırf pulun qarşılığında hansısa müsbət xidmətin göstərilməsinə dair vədin verilməsi isə artıq ciddi şəkildə qanun pozuntusudur. Yəni Təhsil Nazirliyinin adından pul yığmaq və şagirdi sinifə qəbul etdirmək yalan vəddir. Həmçinin, "pul ver, övladını başqa məktəbə və ya sinfə keçirim" kimi məsələlər də ciddi qanun pozuntusudur. Qeyd edim ki, Təhsil Nazirliyinin elektron xidmətlərə keçməsi təhsil sistemində korrupsiyanın, rüşvətin, əsassız tələblərin ciddi şəkildə aradan qaldırılmasına gətirib çıxarıb. Biz bu günləri əminliklə deyə bilərik ki, istər şagirdlərin birinci sinfə qəbulu, istərsə də şagirdlərin yerdəyişməsi kimi məsələlər tamamilə hər hansı bir müdaxilə olmadan, şəffaf və obyektiv şəkildə həyata keçirilir. Bir çoxları burda valideynin etibarından sui-istifadə edir. Guya ki, şəffaf deyil və ancaq kənar müdaxilə ilə bu mümkündür. Hər kəs birmənalı şəkildə bilməlidir ki, Azərbaycanda şagirdlərin birinci sinfə qəbulu, bir məktəbdən digər məktəbə, yaxud da bir sinifdən digər sinfə yerdəyişməsi tamamilə ödənişsizdir. Bunlar elektron qaydada həyata keçirilir və buna görə də kimlərəsə pul verilməməlidir".

K.Əsədov qeyd edib ki, Təhsil Nazirliyinin elektron sistemlərində yalnız dövlət rüsumu olan diplomların tanınması məsələsi var:

"O da 250 manatdır. Bu da açıq-aşkar görünür. Yəni siz pulu fərdlərə deyil, banka ödəyirsiniz. Bu günləri Təhsil Nazirliyində elektron xidmətlər tamamilə şəffaf olaraq həyata keçirilir. Hər hansısa bir şəxsin burda üstünlüyü və təsir imkanı yoxdur. Nəzərə alaq ki, bu gün ölkədə hamının kompüterə və internetə çıxış imkanı yoxdur. Hər kəs bu platformalardan istifadə edə bilmir. Bu platformalardan istifadə edə bilmədiyi üçün valideynlərin bu vəziyyətindən kimlərsə istifadə edir. Ona görə də hesab edirəm ki, mütəmadi olaraq elektron xidmətlərin göstərilməsi üçün vətəndaşa dəstək mərkəzləri yaradılmalıdır. Bunun sayəsində hər hansı bir elektron xidməti yerinə yetirə bilməyən vətəndaşlara köməklik edilmiş olar".//dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər