Cəmiyyət
Övladınızı bu halda məktəbə göndərməyin! - Nazir
Həm məktəb daxilində müəyyən qaydalara əməl edilməsi, həm də məktəbə uyğun olmayan ərazilərdə qaydalara riayət olunması vacibdir.
Mumtv.az bildirir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib:
"Məktəblinin dostu" layihəsi pandemiya dövründə məktəblərlə əməkdaşlıq edəcək. Belə ki, onlar məktəb daxilində şagirdlərin temperaturu ölçəcək. Simptomları olan şəxslərin, onlarla təmasda olanların müəyyənləşdirilməsində Məktəblinin dostu kömək edəcək.
Əgər hansısa uşağı qızdırması varsa, valideynləri həmin övladlarını məktəbə göndərməməyi tövsiyə edirik".
O bildirib ki, paralel olaraq distant təhsil davam etdiyi üçün, övladını məktəbə göndərib göndərməmək seçimi birbaşa valideyndən asılıdır:
"Aparılan sorğular zamanı bəzi valideynlər məktəbləri təhlükəli hesab etsə də, bəziləri məktəblərin açılmasını istədilər. Bu səbəblə valideyn fənlərdən asılı olaraq övladının dərslərə onlayn qaydada qoşulmasını seçə biləcək"
(Axar.az)