Cəmiyyət
Cəmiyyət / Sosial / Təhsil
Nazir valideyn, müəllim və şagirdlərlə görüşüb - YENİ DƏRS İLİ...
Təhsil naziri Emin Əmrullayev avqustun 13-də ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib.
Mumtv.az bildirir ki, görüşdə təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüş zamanı çıxış edən müəllim, şagird və valideynlər 2020-2021-ci tədris ili ilə bağlı öz fikirlərini bildiriblər. Təklif olunan modellər haqqında müzakirələr də aparılıb.
(Lent.az)