Gündəm


"Bəzi ağzıgöyçəklər qəsdən faktları təkzib edərək deyirdilər ki, artıq Türkiyə proseslərdən kənardadır, regiona daxil ola bilmədi və s. Şuşa Bəyannaməsi bu cür insanların sifətinə tərs bir şillə vurdu" deyən Fəzail Ağamalı əlavə edib ki, Türkiyə bu Bəyannamə ilə Azərbaycanla bərabər həlledici söz sahibinə çevrildi.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında bu sözləri qeyd edən millət vəkili fikrinin davamında savaşdan sonrakı əhəmiyyətli hadisələrə də toxunub:

"Müharibədən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biri də uzun illər gözlədiyimiz Müttəfiqlik Müqaviləsi oldu. Bu, bütövlükdə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin təminatçısı kimi əldə etdiyimiz ciddi uğurdur. Bütün bu proseslərdə siyasi partiyalar da kənarda qalmayıb. 2020-ci ilin Tovuz döyüşlərindən başlayaraq 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti dövlətimizlə bərabər oldu. Xalqımızla bir oldu, ordumuzu dəstəklədi"

O ki qaldı ermənilərin atəşkəsi pozmasına:

"Parlament seçkilərindən sonra sərhədboyu ərazilərdə erməni silahlı qüvvələrinin mövqelərimizi atəşə tutması epizodik haldır. Bu, Azərbaycan üçün təhlükə təşkil edə bilməz. Düşmənin bu atəşinə qarşı daha ciddi səviyyədə cavablar verilir. Bu gün Ermənistanda özbaşınalıqdır. Parlament seçkilərindən sonra da siyasi böhran aradan qalxmadı, əksinə, özünün yeni mərhələsinə qədəm qoydu. Qalib gələn Paşinyana məğlub olan revanşistlərin önündə gedən qatillər – Koçaryan və Sarkisyan xuntası məğlub oldu. Bunlar məğlubiyyətlərini həzm edə bilmirlər və müxtəlif səviyyələrdə Paşinyana maneçilik törətməyə çalışırlar.

Sərhədboyu zonalarda özlərinə sadiq olan generallar və zabitlər vasitəsilə təxribatlar törədib, Azərbaycanı Ermənistanla müharibəyə cəlb etməyə çalışırlar.

Təxribat nəticəsində ermənilərin günahı ucbatından erməni əsgər və zabitlərinin öldürülməsi ilə xalqı Paşinyana qarşı qaldrmaq, vəziyyəti ağırlaşdırmağa çalışırlar. Düşünmürəm ki, Kəlbəcər istiqamətindən atılan bu addımlar bizim üçün hər hansı bir problem yaratsın.

Ola bilsin ki, Azərbaycanı müharibəyə təhrik edib, Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu prosesə cəlb etmək istəyir. Eyni zamanda, Paşinyan dəfələrlə Fransaya müraciət edərək qoşunlarının Azərbaycanla sərhədə göndərilməsi haqqında sərsəm fikirlər söyləyib. Bütün bunlara görə nigarançılıq keçirməyə əsasımız yoxdur.

Sülhməramlılar bir sıra hallarda səlahiyyətlərini aşırlar, daha çox ermənilərin yanında olurlar.

"Laçın dəhlizi” vasitəsilə şəxsiyyətləri bilinməyən, revanşist qüvvələrin Qarabağa gəlməsinə imkan yaradırlar. Bunların hamısı yolverilməzdir. Əminəm ki, sülhməramlılar bir neçə ildən sonra "kimlərin arasında sülh yaradaq” dilemması qarşısında qalacaqlar. Hazırda ermənilər kütləvi şəkildə yaşadıqları Azərbaycan ərazilərindən getməyə başlayıblar"

Azərbaycanlıların Qarabağa qayıtmasına az qalıb:

"2022-ci ildə genişmiqyaslı köçürülmənin şahidi olacağıq. Əhalinin Şuşaya köçürülməsi daha tez ola bilər. Orada təhlükəsiz yaşamaq mümkündür"

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər