mumtv.az
mumtv.az

“Media orqanı pulu hansı mənbədən alırsa...” - Ekspert danışır

“Media orqanı pulu hansı mənbədən alırsa...” - Ekspert danışır
16-04-2021, 16:39 29 dəfə baxılıb


"Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması ölkəmizdə reklam bazarının inkişafına dəstək verməlidir”.

Bu sözləri Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasının yaradılmasına münasibət bildirən media eksperti Zeynal Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Media ekspertinin sözlərinə görə, platformanın fəaliyyəti çərçivəsində media reklam bazarı ilə bağlı məsələdə Türkiyənin təcrübəsi ciddi şəkildə öyrənilməlidir:

"Platformanın fəaliyyətində jurnalistika təhsilindən tutmuş media menecerlərinin işi, informasiya mənbələri və mətbuat azadlığı ilə bağlı məsələlər əsas götürülməlidir.

Azərbaycanda media reklam bazarı sahəsində şəffaflıq yoxdur və normal məlumat əldə etmək mümkün deyil. Türkiyədə isə sərbəst bazar fəaliyyət göstərir. Bizdə də bu sərbəstlik təmin edilməli və media reklam bazarının payına düşən amillər nəzərə alınmalıdır.

Dövlətin özünün reklam resurslarını media arasında necə bölüşdürməsi çox ciddi məsələdir. Çünki media müstəqil maliyyə qaynağı olmadan uzun müddət fəaliyyət göstərə bilməz.

Əgər maliyyə qaynağı məlum olarsa, medianın kimə işlədiyi də bilinəcək. Əgər medianın qaynağı hökumətdəndirsə, onun iqtidaryönlü media olması danılmazdır. Yaxud da media qurumu hər hansı oliqarx tərəfindən maliyyələşdirilirsə, qarşıdakı dövrdə maraqlar özünü büruzə verəcək.

Bu baxımdan, media reklamı bazarının fərqli media qurumları arasında bölüşdürülməsinə ictimai nəzarət edilməlidir. Türkiyə Mətbuat Şurasının bu məsələ ilə bağlı təcrübəsini öyrənmək lazımdır. Xüsusilə də televiziyalarda işin təşkili, məhz jurnalistika ilə bağlı peşəkar proqramların hazırlanmasına üstünlük verilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA