Gündəm

Hakimlərin vəkillərə qarşı yeni TƏZYİQ “SİLAH”I: - “Layihəyə sərt təpki göstəriləndə...”

 

 
Mumtv.az: - "Təklif olunan dəyişiklikləri hakimlərin vəkillərə daha çox təzyiq göstərmək vasitəsi kimi qiymətləndirirəm”.

Bu fikirləri  Milli Məclisdə ötən həftə müzakirəyə çıxarılan və etirazla qarşılanan Mülki Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər ətrafında vəziyyəti dəyərləndirən vəkil İradə Cavadova deyib.

İradə Cavadova sözügedən Məcəlləyə təklif edilən dəyişiklikləri hakimlərin vəkillərə daha çox təzyiq göstərmək vasitəsi kimi qiymətləndirib:

"Açığı, həmin layihə təqdim olunduqdan sonra vəkillərlə bu məsələnin müzakirə edilib-edilməməsi barədə məlumatsızam. Çox təəssüf edirəm ki, bizdə bu istiqamətdə qərarlar qəbul olunur və layihələr ortaya çıxarılır, ancaq hüquqşünaslarla məsləhətləşilmir.

Əslində, hər hansı layihə hazırlananda, öncə diskussiyalar olmalıdır, müzakirələr aparılmalıdır və sonra Milli Məclisə çıxarılmalıdır. Bizdə isə layihə Milli Məclisə çıxarılanda sərt təpki gördüyü zaman sonradan diskussiya açırlar.

Adətən, o diskussiyalar bitdikdən sonra da layihə əvvəl necə hazırlanmışdısa, çox da dəyişdirilmir, hansı müddəaları keçirmək istəyirdilərsə, onu da keçirirlər. Bizim də danışmağımız boşa gedir.

Vəkilin işi-peşəsi vəsatət verməkdir. Təklif olunan dəyişiklikləri hakimlərin vəkillərə daha çox təzyiq göstərmək vasitəsi kimi qiymətləndirirəm. Axı vəkil nə qədər pul alır ki, o qədər cərimə ödəsin… Ümumiyyətlə, çox qəribə cərimələrin tətbiqi nəzərdə tutulur.

Çox təqdirəlayiq olardı ki, Vəkillər Kollegiyası bu məsələyə münasibətini bildirsin”.//dia.az

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər