Gündəm
Gündəm / Cəmiyyət
Vaksindən imtina nəyə səbəb ola bilər? - Ekspert
Mumtv.az: - Rusiya əhalisinin aşağı tempdə vaksinasiyası koronavirusun kardinal mutasiyasına gətirib çıxara bilər.
Bu sözləri rusiyalı həkim-infeksionist Andrey Pozdnyak deyib.
"Əgər vaksinasiya zəif tempdə davam etsə, o zaman virus o səviyyəyə qədər mutasiya olacaq ki, hazırki vaksinlər qeyri-effektiv hala gələcək. Mövcud mutasiyalar isə peyvəndlərin effektivliyini azaltmır”, - deyə həkim bildirib.
Onun sözlərinə görə, mutasiyaların məqsədi virusun daxildə daha çox qalmasını və xarici mühitdə yayılmasını təmin etməkdir. Belə ki, virus daha çox immun sistemi zəif olan insanlarda yaşayır.//axar.az