Gündəm

Şirvanın

Hər bir insan ömründə bir dəfə də olsun vampirlərlə bağlı film izləyib və qorxu hissi yasayıb. Lakin, insanlar qorxu ilə yaşamağa məhkum olduqda zamanla qorxu hissi işgəncəyə cevrilir. Belə təcrübələri Azərbaycanın bir cox icra başcıları yaxşı bildikləri ücün vəzifə səlahiyyətlərinin qat-qat üzərinə çıxıb, xalqın xidmətçisindən xalqın "vampir”inə çevrilirlər.

Belə düşünməmizə əsas verən səbəblərdən biri olaraq, sizi Şirvan rayonunda baş verənlərin kicik bir epizodu ilə tanış edirik.
DogruXeber.az informasiya Agentliyinin redaksiyasına müraciət edən Şirvan rayon sakini, II qrup əlil Bəşirov Kazım yaşadığı acınacaqlı həyatının tablosunu gözlərimizin önünə sərdi.


Kazım kişi ömrünün ixtiyar çağındadır. Bu yaşda həyatın verdiyi yorğunluqların acısını xəfiflətmək yerinə, əksinə "həyatda qalma” mubarizəsi aparır.
Köhnə, cırıq kisəsi ilə küçə-küçə gəzib dəmir və şüşə icki bankaları toplayaraq çörək pulunu çıxarmağa çalışır. Üstəlik səhhətinin verdiyi ağır işgəncələr Kazım kişinin vəziyyətini daha da dözülməz edib. Kazım Bəşirov üzləşdiyi acınacaqlı həyatının yükünü azda olsa azaltmaq üçün dəfələrlə Şirvan rayon İcra Başçısı İlqar Abbasovun qapısını döyüb. Nə yazıq ki, sözün həqiqi mənasında ətdən divarlarla müdafiə olunan İlqar Abbasov "təhlükəli cinayətkar" hesab etdiyi Kazım kişini elə icra aparatının önündən əliboş geri döndərir. Kazım kişi əbəs yerə söyləmir ki, Şirvan rayon İcra Hakimiyyətində xidmət edən polislər yalnız öz vəzifə səlahiyyətlərini deyil, icra başçısının vəzifələrini də cavfəşanlıqla yerinə yetirməkdə maraqlıdırlar. Kazım kisinin yaşadığı ev (əlbətdə ki, ev adlandırmaq olarsa) ilin yağışlı fəsillərində ev olmaqdan çox xəlbir rolunu oynayır. Onsuzda əlillikdən əziyyət çəkən Kazım kişiyə işgəncə etmək İlqar Abbasovun "həyat zövqü”nü daha da artırır.

Əslində Kazım kişi Şirvan rayonunda haqları tapdalanmış minlərcə insanlardan biridir ki, rahat kürsüsündə zövqlə əyləşən İlqar Abbasov onların səslərini duymamaq üçün qulaqlarına "pambıq tıxayıb”.


Yəqin bu səbəbdəndir ki, Kazım Bəşirov Şirvan rayonunun məmurlarını "xalqın qanını soran ağcaqanadlar” adlandırır.

P.S: Qeyd edirik ki, B.Kazımın istəyi o qədər də böyük deyil. O sadəcə yaşadığı yararsız halda olan mənzilinin təmiri üçün İcra Hakimiyyətindən kömək istəyir.

P.S.S: "K.İ.V” haqqında qanunları rəhbər tutaraq, hər zaman olduğu kimi qarşı tərəfin də mövqeyini öyrənmək üçün Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən bütün əlaqə nömrələrinə zəng etsək də dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər