Gündəm

Əlili zəlil edən məmur “işgəncəsi” - Video
 
 
 
 

 
 

Yaradan yaratdıqlarını bilərəkdən bir qüsurla yaratdı ki, hər kəsin bir əskik qalan yanı olsun. Verdiyi natamamlıq kiminin fiziki görünüşündə, kiminin mənəviyyatında, kimininsə əxlaqında təzahür etdi. Fiziki qüsuru olan insanlar cəmiyyətdə gözlə görünən qədər seçildikləri üçün onları fiziki qüsurlu şəxslər adlandırıb, çox zaman cəmiyyətdən kənar saxladılar. Hətta gözlərinin içərisinə baxa-baxa qəddarlıqla, utanmadan yararsız biri olduğunu üzünə vurdular. Amma onların məhdud fiziki və maddi imkanları ilə nələrə qadir olduqlarını görmək istəmədilər. Bəs mənəviyyatdan bu qədər zəlil, əlil olanlar kimlərdir?

"DogruXeber.az” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən vətəndaş Binnətov Şamil Camal oğlu anadangəlmə əlildir. Dövlət tərəfindən ömürlük II qrup əlillik statusu daşıyır. Buna baxmayaraq uzun illər Bakı şəhərində yerləşən orta məktəblərdə alman dili müəllimi olaraq fəaliyyət göstərib. Şamil müəllim həyatının 72 "qışını” geridə qoyub. Həyat onun üzünə bahar rüzgarlarını çox xəsisliklə əsdirib. Birinci həyat yoldaşı ilə dörd övladları dünyaya gəlib. 1996-cı ildə həyat yoldaşının faciəli şəkildə qətli ilə ailə və dörd azyaşlı uşağın səfil həyatları başlayıb. Əl ağacları ilə gəzən ata övladlarının zəruri məişət ehtiyaclarını ödəyə bilmədiyi üçün ikinci dəfə ailə həyatı qurur. İkinci nigahdan dünyaya gələn övladlarla birlikdə ailənin sayı on bir nəfərə çatır. Lakin belə bir söz var ki, "dərd gələndə xalvarla gələr”. Ailənin sayının çoxalması ilə yanaşı ailədə əlillərin sayı da çoxalmağa başlayır. Evdə dörd əlil insanın olması ailənin sosial durumunu acınacaqlı hala salır. Ailə düşdüyü vəziyyətdən az da olsa xilas olmaq üçün müxtəlif qapılar çalır. Lakin çaldığı qapıların arxasında oturan məmurlar iş otaqlarının havasını kasıb, əlil vətəndaşların nəfəsi ilə "çirkləndirməkdən” ehtiyat etdikləri üçün qapılarını üzünə bərk-bərk bağlayırlar.

Şamil müəllim Sabunçu rayonunda yaşayır. Neçə-neçə kitabların müəllifi və yazıçılar birliyinin üzvüdür. Eləcə də Yeni Azərbaycan Partiyasının ilkin üzvlərindəndir. Şamil müəllim həyatının qırx ilini bu millətin övladlarına elm öyrətməyə həsr edib. Bəs bu gün səlahiyyət sahibləri əlil müəllim, yazıçı Şamil müəllim üçün nə edib?

Sabunçu rayonunda yaşayan şikayətçimizə "Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdiniz mi?” deyə sual verdik. Müəllim sanki dərsini bilməyən şagirdi kimi başını aşağı salıb, "onun o qədər ciddi işləri var ki, narahat etməkdən çəkinirəm”. Düzünü söyləyim ki, onun haqqı olanı bu qədər utancaqlıqla istəməsi məmurların yerinə bizi utandırdı.

2012-ci ilin aprel ayından Sabunçu rayonuna İcra Başçısı təyin olunan Adil Vəliyev yeddi ildə bir dəfə olsun maraqlanmayıb ki, rəhbəri olduğu rayonda belə ağır sosial durum içərisində yaşayan ailə vardır. On bir nəfərlik ailə dörd əlil üzvü ilə otuz kv/m-lik mənzilə sığınıb. Hətta əminik ki, bu ailənin varlığından belə bixəbərdir. Yəni dəyərli zamanını "dəyərsiz” əlil insanların probleminə sərf etmək yerinə, oğlunun şakəri olduğu bahalı avtomobil kolleksiyalarına sərf etməyi daha "faydalı” hesab edir. Əks təqdirdə bu ailənin ən azından bayram günlərində belə qapısını döyən bir məmur olardı.

Düşünürsünüz ki, Adil Vəliyev bu ailəni unutdusa da, yəqin ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi dörd əlili olan ailəni diqqətdə saxlayar. Burada da yanılırsınız. Vəziyyətlərinin dözülməzliyi ilə bağlı nazirliyə müraciət edən ailə, Sahil Babayevdən və ya komandasından "Sizlər ümumi əlilsiniz. Biz sizlərə kömək edə bilmərik” deyə başdan ediliblər. Əlbəttə, bu bizləri əsla təəccübləndirmir. Çünki, nazirliyin əlil vətəndaşların problemlərindən "çox-çox vacib işləri var”. Məsələn: Güzəştli vətəndaşlara dövlət tərəfindən verilən pulsuz mənzillərin pulla satılması kimi "əhəmiyyətli” işlər. (bu başqa bir mövzudur)

Məqaləmizin əvvəlində qeyd etdik ki, Şamil Binnətov YAP-nın fəallarından olub. On bir nəfər ailə üzvləri ilə birgə yaşadığı Sabunçu rayonundan namizədliyini irəli sürən YAP-nın nümayəndəsi Fazil Qəzənfərlinin deputatlığına səs veriblər. Döydüyü qapılardan ümidsiz qayıdan Şamil müəllim son ümidlə problemlərini, dərdlərini götürüb Fazil Qəzənfərliyə üz tutur. Fazil Qəzənfərliyə də digər deputat həmkarları kimi seçicilərinin səsləri lazımdır. Onların problemləri yox. Əli hər yerdən üzülən Şamil müəllim nəhayət mətbuatın qapılarında çarə arayaraq "DogruXeber.az”-la səsini aidiyyatı qurumlara çatdırmağa çalışdı. Həyatının ahıl çağında əlil təqaüdçü müəllimin, yazıçının halını anlamaq heç də çətin deyil. Bunun üçün sadəcə mənəviyyatdan əlil olmamaq kifayət edər. Çox təəssüflər olsun ki,bu gün ölkə başçısının güvənib, etimad göstərdiyi bəzi məmurlar vəzifə kürsüsünün havasını alar-almaz mənəvi əlillərə çevrilirlər ki, onlarınsa əlacı tapılmayıb.

 

"DogruXeber.az”

 


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər