Gündəm

Neftçala rayonunun 2 kəndi ayağa qalxdı-Video


















 
 
 

Əziz oxucular!
Bir neçə ay bundan öncə "DogruXəbər.az” informasiya agentliyi vasitəsilə Neftçala rayon Mirzəqurbanlı kənd sakinlərinin illərdir həll olunmayan mavi qaz və digər problemləri barədə məlumat vermişdik.

Kənd sakinlərinin bizə müraciətlərindən sonra, onaların haqq səslərini ictimailəşdirərək inanırdıq ki, bu problem tez bir zamanda öz həllini tapacaqdır.Bizim bu cür inancımızın səbəbi isə, ölkə başçısı cənab İlham Əliyevin bütün məmurlara verdiyi tapşırıq və göstərişlərindən qaynaqlanır ki, buda, Prezident cənab İlham Əliyevin bir çox çıxışlarında məmurlara üzünü tutaraq, vətəndaşları incitməməyi, onların problemlərinin aradan qaldırılması istiqamətində anında işlərin görülməsi,insan haqlarının qorunması, xalqın iqtisadi və sosial rifahının yaxşılaşdırılması və s.kimi verdiyi tövsiyədən və apardığı siyasətdən irəli gəlir.!

Əfsuslar olsun , yaranan vəziyyət bunu deməyə əsas verir ki, bəzi məmurlar, gecəsini gündüzə qataraq çalışan, Azərbaycan vətəndaşlarının rahat və firavan yaşaya bilməsi üçün yorulmadan səy göstərən ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqları qulaq ardına vuraraq, Prezidentin göstərişlərini yerinə yetirmirlər!

Belə ki, bir neçə gün bundan öncə Neftçala rayonunun 2 kəndi ayağa qalxaraq, illərdir həll olunmayan problemlərinin çıxış yolunu magistral yolu bağlamaqla ,öz səslərini yalnız cənab Prezidentə çatdırmaqda görüblər....

Artıq cana doymuş sakinlər illərdir ki, problemlərinin həll olunması üçün rayon rəhbərliyinə üz tutaraq fəryad edirlər.... Lakin bu gün dərdlərinə dərman tapmayan yerli sakinlər magistral yolu bağlayaraq, mətbu orqanlar vasitəsilə ölkə Prezidentinə üz tutaraq bildirirlər ki, biz artıq sivil qaydada haqqımızı tələb etməkdən bezdik,yorulduq,cana doyduq!

Bizləri eşidib səsimizə səs verən yoxdur!

Yerli məmurlar bizə deyil, öz şəxsi maraqlarına xidmət edirlər!

Bütün bu hadisələrin başında əlbəttə ki, yerli İcra orqanlarında çalışan məmurlar dayanır

Bu gün Neftçala rayonunun hələ 2 kəndində üzə çıxan saysız hesabsız vətəndaş narazılıqlarıdır ki, bunlarda əsas ümumi istifadəsi olan problemlərdir.

Belə ki, səhiyyə, təhsil, rabitə və yol infrastrukturu, həmçinin su və mavi qaz və s. kimi problemlərlə dolu olan bir rayonun rəhbərliyi tərəfindən bütün bu qeyd olunan problemlərin həlli istiqamətində zərrə qədər də olsun tədbir görülmür!

Vətəndaşların illərdir üzləşdiyi və yaşadıqları problemlərin həlli istiqamətində rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev yuxarı nazirliklər və o cümlədən aidiyyatı qurumlar qarşısında ciddi tələb irəli sürsəydi, əlbəttə ki yerli sakinlər bu gün acınacaqlı durumda qalmazdı..Üstəlik sözü gedən rayonda iki kəndin camaatı ayağa qalxıb məcburiyyət qarşısında qalaraq magistral yolu bağlayıb, nəqliyyatın gediş gəlişinə tıxac yaratmazdılar!

Bütün bu yaşanan hadisələrin yaranmasında bir mənalı şəkildə yenə də rayon rəhbərliyi dayanır. Belə ki, bu gün Neftçala rayon Mirzəqurbanlı kənd sakinlərinin illərdir yaşadıqları bir çox problemlərin əsas səbəbi rayon İcra başçısının əhali ilə yaxından tanış olmaması və onaların əzab əziyyət dolu

problemlərini öz problemi hesab etməməsidir. Ən əsası isə rayon İcra başçısı İsmayıl Vəliyevin vətəndaşları qəbul etməməsi, onaların dərdindən hali olmaması işi o yerə gətirib çıxarır ki, bu gün Neftçala rayonunda əhali dövlət qayğısından kənarda qalıb!

Buradan belə bir sual ortaya çıxır ki, "Mən xalqın xidmətçisiyəm" şüarı ilə yaşayıb yaradan ölkə başçısı cənab İlham Əliyevin etimad göstərərək Neftçala rayon İcra başçısı postuna təyin etdiyi İsmayıl Vəliyev özünü kim hesab edir?

Niyə İcra başçısı İsmayıl Vəliyev Prezidentin etimadını doğrultmur?

Niyə yoldaş İsmayıl Vəliyev vətəndaşlara sözün həqiqi mənasında layiqincə xidmət göstərmir?

Axı niyə ölkə başçısının apardığı siyasətə və yaratdığı şəffaflığa bu cür İcra başçıları qara ləkə salır?

Bax, bütün bu sullar bizim üçün də çox maraqlı və düşündürücüdür.......

Əziz oxucular!

Neftçala rayonunda cərəyan edən bu cür hallarla bağlı, rayon rəhbərliyinin vətəndaşlara biganə yanaşması, sözü gedən rayonda yerli sakinlərə laqeydlik nümayiş etdirən məmurlarla bağlı redaksiyamıza gələn müraciətlərin ardı arası kəsilmək bilmir..

Dogruxeber.az informasiya agentliyi olaraq həmin müraciətləri dinləyərkən dəhşət içində qalırıq.

Ama bütün bunlara baxmayaraq bizə müraciət edən vətəndaşlara "Dogruxeber.az” informasiya agentliyi olaraq bildirmək istəyirik ki, Xalqın səsini ölkə başçısı cənab İlham Əliyevə çatdırmaqda israrlıyıq.

Beləliklə biz inanırıq ki, vətəndaşların üzləşdiyi çətinliklər tez bir zamanda öz həllini tapacaqdır.

P.S. Redaksiyamız məsələ ilə bağlı Neftçala rayon icra hakimiyyətinin İnformasiya təminat və təhlil sektor müdri Çiçək Adıgözəlova ilə telefon əlaqəsi saxlamağa çalışıb. Təəssüflər olsun ki,dəstəyi Çiçək xanım deyil,adını qeyd etməyən,sadəçə aparıcı məsləhətçi kimi təqdim edən şəxs suallarımızı cavablandırmaqdan imtina edərək ümumi şöbə ilə əlaqə saxlamağımızı bildirib. Özünü təqdim etməyən aparıcı məsləhətçinin adı isə icra hakimiyyətinin rəsmi saytındakı Aparat sttukturu cədvəlində Süleymanlı Ruslan Rafiq oğlu kimi qeyd olunub. Diqqətinizə çatdıraq ki,suallarımıza cavab almaq üçün bütün cəhdlərimiz boşa çıxdı.

P.S.S. Düşünürük ki,sözü gedən məsələnin ciddiliyini bildikləri üçün mətbuatın suallarından yayınmağı üstün yol hesab ediblər. Necə deyərlər "aşığın sözü bitdikdə dalay-dalay deyər”

"DogruXəbər.az”

Bizi izləməyi unutmayın!

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər