Gündəm

Ziyalılar PA-ya yenidən müraciət etdi
Bu ilin fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin "işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.

Axar.az müraciətın mətnini təqdim edir:

"Hörmətli Fərəh xanım!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə təkrar müraciət edirik. Bu il fevral ayının 21-də 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Sizə yazılı müraciət etmişdi. Müraciətdə Bakının əcnəbi dillərin "işğalından” azad edilməsinə yardım etməyiniz xahiş edilirdi.

Ötən il Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətimiz 2020-ci ilin iyununda BŞİH-in kollegiya iclasında müzakirə edildi və iyul ayının 3-də Bakı Şəhər İcra Hakimiyyətində məsələ ilə bağlı tanınmış ziyalılarla görüş keçirildi. Görüşün sonunda qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün addımlar atılsın. Aradan 10 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.

Hörmətli Fərəh xanım!

Elə buna görə məcbur olub bu il fevral ayının 21-də Sizə müraciət etdik. Sizə ünvanlanan məktub Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Bu il mart ayının 17-də BŞİH və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndələri bizimlə paytaxtın Rəsulzadə küçəsində monitorinq keçirdilər. Qeyd edək ki, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, "Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışdılar. Məlum oldu ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.

Belə ki:

1. "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa görə (maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi, 7.1.), Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Qanunun bu tələbinə əməl edilmir. Rəsulzadə və Əziz Əliyev küçələrində dövlət dilinə etina edilməyən obyektlər 90-95%, şəxsən monitorinq keçirdiyimiz Nizami, Şərifzadə, Füzuli, Şıxəli Qurbanov, Haqverdiyev. B.Vahabzadə küçələrində, Azərbaycan və Cavid prospektlərində 70-80 faizdir.

2. ADRA nümayəndələri ticarət və digər xidmət müəssisələrinin lövhələrindəki yazıların əcnəbi dillərdə olmasını Paris Konvensiyası ilə əsaslandırmağa çalşırlar. Bu isə yanlış yanaşmadır. 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya, adından da göründüyü kimi, mədəni müxtəlifliyin qorunması üçün qəbul edilib və sənədin preambulasında "dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu” xüsusi vurğulanır. Həmin sənədin "Məqsədlər və rəhbər prinsiplər” adlı fəslində (maddə 1 (h)) "dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəkləmək, qəbul etmək və həyata keçirmək kimi suveren hüquqlara malik olduqları” təsdiq edilir. Aydındır ki, heç bir konvensiya bu və ya digər dövlətə öz rəsmi dövlət dilində reklam və digər lövhələrin yazılmasını qadağan edə bilməz və etməyib.

3. Həmin Konvensiyaya qoşulan və bizə yaxın olan postsovet ölkələrində nüfuzli beynəlxalq əmtəə nişanları qorunsa da, əvvəlcə dövlət dilində və ya transliterasiya edilərək yazılır (bu barədə fotomateriallar ADRA-ya iki dəfə təqdim edilib). Amma qarşı tərəf bunu həmin ölkələrdə (Rusiya və Gürcüstan) fərqli əlifbalardan istifadə edilməsi, azərbaycanlıların isə latın qrafikası ilə olan lövhələri oxuya bilməsi ilə (!) izah etməyə çalışdılar.

4. Azərbaycanın dövlət dilinə etina edilməyən ticarət və xidmət obyektlərinin çoxunda təkcə brend və firma adları yox, xidmət növü və s. ilə bağlı digər yazıların da əcnəbi dillərdə yazılması geniş hal alıb və bu, "Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanunun icra edilməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mənsublarını bu pozuntuları aradan qaldırmaq üçün də tədbirlər görmür.

Hörmətli Fərəh xanım!

"Dövlət dili haqqında” qanuna etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması heç cür qəbul edilə bilməz. Yuxarıda sadalananlar təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: "Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi, eləcə də dövlət dili haqqında qanunun tələblərinə əməl edilməməsi barədə əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

1. Aida Qasımova, Bakı Dövlət Universiteti, "Ərəb filologiyası” kafedrası, professor

2. Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti

3. Vasif Sadıqlı, "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər