Siyasət

“Ermənistan qoşunlarının çıxması münaqişənin həlli üçün şərtdir”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu "Askanews” xəbər agentliyinə müsahibə verib.

Mumtv.az "Qafqazinfo”a ist5inadən bildirir ki, müsahibədə H.Hacıyevin aşağıdakı fikirləri yer alıb:

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda vacib rola malik ola bilər”, - deyə bildirib. Atəşkəslə bağlı beynəlxalq çağırışların çoxaldığı və beynəlxalq ictimaiyyətin Moskvada Azərbaycan və Ermənistan arasında keçirilən ilk görüşün qısa zamanda atəşkəsə nail olunacağına ümid edildiyi ərəfədə Hacıyev Şuşada kilsənin və mülki əhalinin bombalanması ittihamlarını təkzib edib.

 

"Münaqişənin həlli üçün Ermənistandan öz işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və qoşunların çıxarılması ilə bağlı cədvəlin təqdim edilməsini gözlədiklərini” qeyd edən Hacıyev münaqişədə məsuliyyəti Ermənistanın daşıdığını bildirib. Şuşada kiləsinin bombalanması ilə bağlı ittihamlara gəldikdə isə Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri üçün bunun bir erməni propanqandası olduğunu deyib. "Azərbaycan xristian icması olan multikultural ölkədir və biz öz xristian irsimizlə fəxr edirik. Azərbaycan ordusu dini binaları, kilsələri və digər dini təsisatları hədəfə almır”, - deyə Hacıyev bildirib.

Baş verənlərlə bağlı "Ermənistan çoxlu ziddiyyətli məlumatlar təqdim edib. Hər şeydən öncə onlar deyirlər ki, bu, raket hücumudur. Kiləsinin tavanı dağılıb. Lakin kilsənin daxilindəki ikonalara zərər dəyməyib. Əgər bu raket zərbəsi olsa idi kilsənin daxilinə də zərər yetirərdi. Nəticədə, Ermənistan baş verənlərdən Azərbaycana qarşı propaqanda kimi istifadə edərək bütün dünya xristianlarını qəzəbləndirməyə səy göstərir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra işğal edilmiş ərazilərdə bütün kilsələr və dini binalar bərpa ediləcək”, - deyə Hacıyev qeyd edib.

"Biz münaqişədə dinin istifadə edilməsinə qarşıyıq və baş verənlərlə bağlı bir daha bütün dünya xristianlarına təəssüfümüzü ifadə edir, lakin bunun nə Azərbaycan xalqının, nə də Azərbaycan dövlətinin günahı olmadığını bildiririk”, - deyə Hacıyev davam edib.

H.Hacıyev münaqişənin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin, Rusiya və Türkiyənin, eləcə də xüsusi olaraq Cənubi Tirol modeli tətbiq edilmiş İtaliyanın roluna toxunub: "Türkiyə və Rusiya hər ikisi bizim qonşularımızdır və hər ikisi vəziyyətin gərginləşməsinə görə narahatdır. Bu ölkələri Avrasiya qitəsində vacib faktorlar hesab edirik. Onlar münaqişənin tam və qlobal həllinə töhfə vermək iqtidarındadırlar ki, bu da Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan qoşunlarının çıxarılması və Ermənistanın işğalına avtomatik son qoyulması anlamına gəlir”.

27 sentyabr tarixindən münaqişənin başlanmasında ilk dəfə bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşürlər. Beynəlxalq ictimaiyyət ən qısa zamanda atəşkəsin elan edilməsinə və 30 ilə yaxındır Qafqaz regionunu qeyri-stabilləşdirən münaqişə üzrə sülh prosesin başlanmasına ümid edir. "İnanırıq ki, İtaliya Minsk Qrupunun üzvü kimi çox vacib rola malik ola bilər. Minsk Qrupunun ilk sədri İtaliyalı Mario Raffaelli olmuşdur. O, çox yaxşı institusional yaddaş saxlamışdır. Onunla gələcək format barədə müzakirələr etmişik. Bizim üçün İtaliya modeli, Cənub Tirol çoxmədəniyyətli və linqvistik modeli ən yaxşı modeldir.

"Düşünürük ki, bu model Ermənistan və Azərbaycan münaqişəsinə də tətbiq edilə bilər.  Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ermənilər və azərbaycanlılar sülh şəraitində Azərbaycan sərhədləri çərçivəsində muxtariyyət altında birgə yaşaya bilər. İtaliya, eyni zamanda Avropa İttifaqının məsuliyyətli üzvüdür və Azərbaycanın strateji tərəfdaşıdır. Gözləntimiz İtaliyanın daha vacib rolu həyata keçirməyə davam etməsidir”, - deyə Hacıyev yekunlaşdırıb.

Müsahibə ayrıca olaraq istər video, istərsə də yazılı şəkildə "Askanews” xəbər agentliyinin internet səhifəsində yerlşdirilib. Eləcə də, həmin müsahibə İtaliyanın "Il Sole 24 Ore”, "Affari Italiani”, "Il Tempo”, "Libero Quotidiano”, "Quotidiano”, "Giornale d’Italia”, "MSN”, "Notizie Tiscali”, "Today.it”, "Notizie Yahoo”, "Finanze Yahoo”, "Timgate” və sair kimi  çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayımlanıb.  


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər