Gündəm

İcra başçısı tərəfindən həyatı təhlükədə olduğunu iddia edən sahibkar - İLGİNC GƏLİŞMƏ //VİDEO























Son zamanlar media gündəmini daha çox məşğul edən məsələlərdən biri, hətta birincisi vətəndaşların məmur narazılıqları mövzusudur.
Sahib olduğu vəzifəyə məsuliyyətsiz yanaşan, səlahiyyətlərindən sui-istifadə edərək, narazılıq yaradan məmurlardan şikayətçi olan vətəndaşlardan biri də Tərtər rayon Əsgipara kənd sakini Sadıqov Babək Yolçu oğludur.

DogruXeber.az informasiya agentliyinə müraciət edən Babək Sadıqov bildirir ki, "2016-cı ildən Tərtər rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Əkin məqsədilə sakinlərdən aldığım 7,92 ha torpaq sahəsinin yerini dəyişib, əkinə yararsız, daşlıq sahəyə köçürüblər. Bununla bağlı Tərtər rayonunda fəaliyyət göstərən bütün məsul dövlət qurumlarına müraciət etmişəm, lakin heç bir nəticə görməmişəm. Bundan əlavə 44 günlük Vətən müharibəsi dövründə də düşmən atəşi əkin sahəmə düşərək 90.000(doxsan min) AZN məbləğində mənə ziyan vurdu. Kənd Təsərrüfatı Nazirliyindən vəzifəsinin nə olduğunu bilmədiyim Arif müəllim adlı bir səlahiyyətli şəxs gəlib dəymiş ziyanı ədalətli şəkildə hesablayıb, qeydə aldı. Daha sonra xəbər tutdum ki, Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun göstərişi ilə 90.000 AZN ziyanın qarşılığında mənə cəmi 4.000(dörd min) AZN kompensasiya ayrılıb.
Cənab Prezidentin sakinlərə dəymiş ziyanın ödənilməsi üçün büdcədən maliyyə ayrılması barədə və eyni zamanda sahibkarları incitməmələri üçün məmurlara verdiyi göstəriş və tapşırıqlarından xəbərdarıq. Lakin, Müstəqim Məmmədov Prezidentin tapşırıqlarına məhəl qoymur, 3 ildir ki, mənimlə şəxsi ədavət aparır, haqqımda böhtan ifadələr işlədir, məni təhqir və təhdid edir.
DogruXeber.az informasiya agentliyindən məsələnin ictimailəşdirilməsi və səsimi Cənab Prezidentimizə eşitdirməkdə mənə kömək etmələrini xahiş edirəm."

Bəli. Sahibkar Babək Sadıqovun özünün də qeyd etdiyi kimi Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bütün məmurlara sahibkarları incitməmələri, onların fəaliyyətinə mane olmamaları barədə tapşırıqlar verir. Hətta, 6 dekabr 2016-cı il tarixində Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında №1138-li fərman da imzalamışdır. Fərmana əsasən Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” də yaradıldı. Bütün bunlar Prezidentin Azərbaycanda fəaliyyət göstərən sahibkarlara qarşı olan diqqətinin göstəricisidir.

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun sahibkara olan bu haqsız davranışları isə Prezidentin qərarlarına olan hörmətsizliyini nümayiş etdirir.

Məsələ diqqətimizdədir.

DogruXeber.az İnformasiya agentliyinin redaksiyası hər kəsin söz haqqını tanıyır.


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər