Hadisə
Hadisə
Tərtər sakini həmyerliləri tərəfindən döyüldü
Tərtər sakini döyülərək xəstəxanaya yerləşdirilib.
"MUMTV.az" xəbər verir ki, hadisə rayonun Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Rayon sakini 36 yaşlı Vüqar Vahid oğlu Hümbətov həmyerliləri tərəfindən döyülüb.
V. Hümbətov müxtəlif bədən xəsarətləri və kəllə-beyin travması alaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır./Qafqazinfo