Gündəm

Şəhid ailələrindən yararlanıb ad qazanmağa çalışdı -İddia
 
 
 
 
 

 
 
 
 
 
Şəhidlik elə bir uca zirvədir ki, Axirət günündə Allah onlara istədiklərinə şəhadət vermək haqqını verdi. Onları Peyğəmbərlərindən sonra ikinci müqəddəslərdən etdi. Fani dünyanın insanlarına isə şəhid adına, şəhid ruhuna hörmət etməyi buyurdu. Əsla düşünməyin ki, dövlətimiz şəhidlərin qiymətini yetərincə vermir. "Şəhidlik haqqında Azərbaycan Respublikasının Qanun”unda şəhid ailələrinin haqq və hüquqları olduqca gözəl əksini tapıb. Biz qələmə aldığımız yazımızda bundan bəhs etmək istəmirik. ŞƏHİD adının ucalığı altında şəxsi maraqlar xatirinə alçalan işbazlardan bəhs etmək istəyirik. Əminik ki, bu sizlər üçün də maraqlı oldu. Elə isə keçək mətləbə.

"DogruXeber.az” informasiya agentliyi olaraq, redaksiyamıza müraciət edən şəhid ailəsi Əliyeva Tura Rza qızı acınacaqlı vəziyyətdə olan mənzilinin təmirinə mümkün qədər kömək göstərilməsi məqsədilə "Veysəloğlu MMC”-yə müraciət edir. Şirkət şəhid ailəsindən şəhidliyi təsdiq edən bir yığın sənəd tələb edir. Adını da qoyur "ailə haqqında məlumatları dəqiqləşdirmək”. Müraciət edən Tura ana aylarla şirkətdən xoş bir xəbər alacağı ümidiylə gözləyir. Nəhayət, cavab gəlmədiyini gördükdə yenidən şirkətlə telefon əlaqəsi yaradır. Telefon xəttinin o başında oturan hər kimsə soyuq, quru, təkəbbürlü səslə, amiranə şəkildə, müraciət edən şəhid ailəsinə "Veysəloğlu şirkətinin şəhid ailələrinə kömək etmək imkanları məhduddur. Siz müraciətinizi bizə yox dövlətə edin”.

"GÖZƏL”. Zənnimizcə, "Veysəloğlu MMC”-nin rəhbərləri Şəhid ailələrinin savadsız, cahil olduqlarını düşünürlər. Niyə belə düşündük? İcazə verin açıqlayaq. Bu gün şəhid olanlar arasında bir məmurun, bir varlının övladı yoxdur. Şəhidlər sadə xalqın övladlarıdırlar. O sadə xalqın biri də Tura anadır ki, Şəhid balası Ayaz Əliyevi beş yaşından təkbaşına, atasız böyütdü. Oliqarxlıq iddiası ilə yaşayan və düşünün "Veysəloğlu MMC” kimi böyük şirkət sahibləri sadə xalqa barmaqarası baxdıqları üçün onları savadsız, hüquqlarını bilməyən, müraciətlərini doğru ünvanlamayan toplum olaraq hesab etsələr də onlar isə kimlərə və hara müraciət etməli olduqlarını gözəl bilirlər. Bilirlər ki, bu gün qurub, səfasını sürdükləri biznesləri üçün onlar Şəhid övladlarına borcludurlar. O borcu yadlarına salmaq üçün müraciət edirlər. Şəhid əmanətinə sahib çıxmaq bu gün Azərbaycanda şirkət qurub, rahat biznes sayəsində yatırlara sahib olan hər kəsin mənəvi borcdur . Əgər mənəvi duyğular hələ də qalıbsa.

Yazımızın əvvəlində "Veysəloğlu MMC” onlara müraciət edən şəhid ailələrindən bir yığın sənəd toplayır fikirini söylədik. Sonra "imkanlarımız məhduddur” deyib, başdan etdiklərini bildirdik. Bir halda ki, şirkət kömək etməyəcəyini bildiyi halda, məgər olmaz mı ki, vətəndaş müraciət edən zaman ilk başdan rədd cavabı verilsin? Bəs o halda bu qədər maklatura toplamaq nəyə gərəkdir? Burada maklatura adlandırdığımız şəhid ailələrindən toplanan sənədlərin nəyə gərəkli olması məqamına yetişdik.

Aldığımız məlumata əsasən "Veysəloğlu MMC” onlara müraciət edən şəhid ailələrindən sənədləri toplayıb, sonda ölkə Prezidenti qarşısında yalanlardan ibarət hesabat verir ki, "bu qədər şəhid ailəsinə köməklik edib”.Yalanı qarşısında isə ölkə rəhbərliyindən gerçək imtiyazlara sahib olurlar. Doğurdan da "gözəl düşünülmüş hərəkətdir”. Dövlət rəhbərinin həssaslıqla diqqətdə saxladığı şəhid ailələrinin adından istifadə edib, yalançı "xeyriyyəçi” adını qazanmaq ən asan qazanılmış müsbət imicdir. Amma unutduğunuz həqiqəti yadınıza salmağı özümüzə borc bilirik ki, nə qazandığınız milyonlar, nə saxta adlar Şəhidin əmanətinə qarşı etdiyiniz xəyanətin Haqq qarşısındakı divanında sizlərə sipər olmaq iqtidarında olmayacaqdır. Tək sipəriniz şəhidlərin verdiyi şəhadət olacaq. Qorxun ki, ümid verib, ümidlərini qırdığınız şəhidlərin doğmalarının sınıq könüllərinin fəryadı şəhidlərin nigaran baxışlarını Allaha yönəltsin.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq:

"DogruXeber.az”

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər