Gündəm

Nazirin xalqın gözü qarşısında ağ yalanı - Video
 
 
 

 
 
 
 
Yayın bu istisində qatıqdan, qaymaqdan, ayrandan söz salıb, susuzluqdan yananların lap ürəyini yandırdıq. Heç belə də "insafsız”lıq olar edirik? Biz "DoğruXeber az.” olaraq bulaq başında kabab üstən ayran arzusunda olanların iştahını qabartmaqla "insafsız”lıq edirik. Bəs ayran,qatıq istehsal etmək istəyən əsl zəhmətkeş insanlara edilən insafsızlıqdan xəbəriniz varmı?Yoxdursa qulaq verin, "pıçıldayaq”

Ölkə prezidenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə Respublikada dövlət proqramı olan "Özünə məşğulluq” layihəsindən xalqın yararlanması üçün müvafiq tədbirlərin həyata keçirməsinə köməklik edilməsi missiyasını tapşırıb. Layihədə əhalinin fiziki qüsurlu olan nümayəndələrinə, müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ köçkünlərinə daha çox üstünlük verilməsi diqqət mərkəzində olması vacib fakt kimi diqqətdə saxlanılıb. Dövlətin xalqına yaratdığı belə gözəl fürsəti dəyərləndirmək istəyən Samux, Ağsu, Ucar,Yevlax, Bərdə, Xaçmaz rayon əhalisi üz tutdu ƏƏSMN-i nazirliyinə ki, kiçik heyvandarlıq təsərrüfatı yaratsınlar. Nazirliyin "yüksək ixtisas”lı heyvandarlıq mütəxəssisləri əhali arasında işin necə təşkil olunması barədə seminarlar təşkil etdikdən sonra nəhayət ki, çoxdan gözlədikləri mal-qara nazirlik tərəfindən ünvanlarına təslim edildi. İlk öncə nazirliyin göndərdiyi "hədiyyə”nin bir zarafat olduğunu zənn edən insanlar, nəhayət gerçək həqiqətin çılpaq üzü ilə qarşı-qarşıya qalırlar. Xəstə, arıq mal-qara ilə başları aldalılan vətəndaşlar arzusunda olduqları özünə məşqulluq fəaliyyətini unudub, əllərində, ovuclarında olan qalanı da verib, Allaha xatir ayaqda dayanmağa taqətləri olmayan heyvanları ölümdən xilas etməyə çalışırlar. Necə deyərlər, yağışdan çıxıb, yağmura düşdüklərini anlayan insanlar yenidən ƏƏSMN-nə üz tuturlar. Heç yerdən gəlirləri olmayan, ümidlərini "özünə məşqulluq” dövlət proqramına bağlayan insanların haqlı narazılığından qorxuya düşən nazir, əhaliyə payladığı arıq, xəstə iribuynuzlu heyvanları bir neçə vətəndaşdan geri alıb yararlı, sağlamları ilə əvəzləşdirir. Digər vətəndaşlar isə nə qədər tələb etsələr də nazir haqlı tələbləri qulaq ardına vurub. Əlləri yerdən-göydən üzülən vətəndaşlar üz tutub mətbuata ki, düşdükləri bəlanı ölkə ictimaiyyətinə çatdıra bilsinlər. Vətəndaşlar jurnalist kameralarına müsahibə verdikləri zaman, nazir də ölkə prezidenti qarşısında verəcək saxta hesabatını əzbərləməklə məşğul idi. Nəhayət görülən işin nəticəsinin prezidentin diqqətinə çatdırılması məqamı gəldikdə gənc nazir nə Allahdan, nə də ona etimad edən ölkə rəhbərindən utanmadan, pafosla işinin keyfiyyətindən bəhs edən yalanları sərgiləməyə başladı. "Bu qədər bu əlilə, bu qədər bu şəhid ailəsinə, bu qədər bu müharibə veteranına və.s mal-qara paylanıldı. Dövlətin "özünə məşğulluq” layihəsi uğurla yerinə yetirildi kimi ifadələrlə dolu saxta məlumatlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev Respublika nazirləri içərisində ən gənci hesab olunur. Onu belə gənc yaşında ölkə prezidentini və xalqı aldatmağa nə vadar edir? Əslində nə yox kim və ya kimlər vadar edir söyləsək daha da məntiqli olar. İllərdir nazir kürsülərində əyləşmiş, və kürsüdə də ölüb, o dünyada da nazirliyini davam etdirmək xülyasında olan nazirlərin saxta, şişirdilmiş əmsallarla dolu hesablarına baxanda düşündü ki, mən niyə onlardan geri qalım? Amma unutduğu həqiqət ondan ibarətdir ki, "yalan ayaq açar, amma yeriməz”. Biz isə hörmətli nazirin yadına onu salmaq istəyirik ki, siz sosial problemləri olan insanlarla işləyirsiniz. Taleyin amansız "zarafat”ı ilə onlar həyatlarında dəyərli olan nələrinisə həmişəlik itiriblər. Bu itkiləri onları daha həssas, kövrək edib. Məgər rəvamı ki, həssas qəlbli insanların duyğuları ilə oynamaq. Bu da yetməzmiş kimi, xalqın qarşısına çıxıb, onlara "yaratdığı” xoş güzərandan bəhs edən yalanlardan ibarət "nağıl”lar uydurub danışmaq? Bu yerdə biz susub sözü aldadılmış insanlara veririk. Onlar isə öz növbələrində bunu söyləyirlər:-"Cənab nazir! Bəsdir prezident qarşısında yalan hesabat verdiyiniz. Bəlkə də siz görməmisiniz. Amma biz hamımız kənd əhliyik. Qatıq görməsək də qatıqlı qab görmüşük. Sayənizdə qatığımız da olsun istədik, lakin sizin prezident qarşısında əsə-əsə yudurub dediyiniz yalandan sonra dil-dodağınız quruduğu üçün bütün qatıqları "ayran edib özünüz içdiniz. Amma baxın ki, bizim gözümüz qalmasın. Yoxsa boğazınızda qalar”.

"DoğruXeber.az”
 

Son xəbərlər

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Bütün xəbərlər