Gündəm

Gəncədə yerli istehsal olan işıqlandırma sistemləri quraşdırılır

Gəncənin mərkəzi küçə və prospektlərində işıqlandırma sistemləri yenidən qurulur. 

Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, işlər əsasən şəhərin kommunal infrastrukturunun yenilənməsi başa çatmış ərazilərində aparılır. Bu vaxtadək Gəncənin 50-dən çox küçə və prospektində 2064 ədəd dirək quraşdırılıb ki, onlardan da 1177-si tək şamlı, 887-si isə qoşa şamlıdır. Burada istismar dövrü uzunmüdətli olan müasir LED işıqlandırıcılardan istifadə olunur. Məhz həmin işıqlandırıcıların sayəsində çox böyük həcmdə enerjiyə qənaət edilir. Qənaət göstəricisi 50 faiz təşkil edir ki, bu da, öz növbəsində, əlavə 28 km uzunluğunda 6 küçənin yeni işıqlandırma sistemi ilə təchiz edilməsinə imkan verib. İl yarım ərzində Gəncədə 5170 ədəd LED tipli işıqlandırıcı quraşdırılıb, 1211 DRL və DNaT tipli işıqlandırıcı yenisi ilə əvəzlənib. Həmçinin, 76 ədəd paylayıcı şkaf, qənaət rejiminin təmin edilməsi üçün 46 ədəd elektron və 30 ədəd yeni zaman relesi quraşdırılıb.

 

Şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılan müasir, beynəlxalq standartlara uyğun olan, habelə istismar müddətinə zəmanət verilən işıqlandırma sistemləri yerli müəssisədə - "Gəncə Cihazqayırma Zavodu” ASC-də istehsal olunur. Əvvəllər bu işlər Türkiyə və Rusiyadan alınan materiallar hesabına aparılırdısa, artıq keyfiyyət və qiymət baxımından daha sərfəli olan yerli istehsal hesabına həyata keçirilir.

Son olaraq Gəncə-Göygöl yolunun işıqlandırma sistemi yenidən qurularaq istifadəyə verilib. İlin sonunadək enerji sərfiyyatını qənaət etməklə, Gəncənin daha 20 küçəsində müasir işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulub.

 






Son xəbərlər

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Bütün xəbərlər