Gündəm


 Yeni qatarları təmir edən müasir kadr potensialı yaradılacaq - ÖZƏL

 

 

 
 
 
 
 

 

"Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi Bakı metropoliteninin 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarına planlı qaldırma təmiri xidmətini göstərəcək.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, Bakı metropoliteninin müasir tipli qatarlarını "Metrovaqonmaş-Servis” təmir edəcək.

Belə ki, yeni qatarları təmir edən müasir kadr potensialı yaradılacaq. Bununla əlaqədar iki müəssisə arasında müvafiq müqavilə imzalanıb.

 

Hər hərəkət tərkibi beş vaqondan olmaqla, ümumilikdə 15 vaqondan ibarət 81-760.B/761.B/763.B tipli üç hərəkət tərkibi "Bakı Metropoliteni” QSC-nin sifarişi ilə 2015-ci ildə "Metrovaqonmaş” Səhmdar Cəmiyyətində istehsal olunub.

Texniki-istismar qaydalarına uyğun olaraq, bu qatarlar müəyyən məsafə qət etdikdən sonra deponun üç saylı cari təmir sahəsində planlı qaldırma təmirinə dayandırılmalıdır. Mövcud gündəlik qaçış məsafəsi əsasında hesablamalar göstərir ki, 81-760.B/761.B/763.B tipli qatarların təmir müddəti 2020-ci ildə yetişəcək. 

Bu səbəbdən nəzərdə tutulmuş təmir işləri Bakı Metropoliteninin "Nərimanov” elektrik deposunda aparılacaq. Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə və iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də görülən işlərin yekununda sınaqları daxildir.

Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis” təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji proseslərin, sazlama işlərinin yerinə yetirilməsini təmin edəcək.

Ən əsası, müqavilə müasir tipli vaqonların təmir edilməsini müstəqil şəkildə həyata keçirəcək yerli kadrların hazırlanmasını nəzərdə tutur. Tədris prosesinə vaqonlara keyfiyyətli müvafiq xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.

"Bakı Metropoliteni” QSC ilə bağlanmış müqavilə "Metrovaqonmaş-Servis” üçün ilk beynəlxalq sınaq olacaq. Onu da əlavə edək ki, Rusiyanın metro vaqonlarının istehsalı üzrə yeganə ixtisaslaşmış müəssisəsi olan "Metrovaqonmaş” Bakı Metropoliteninin tarixən ən sıx əməkdaşlıq etdiyi müəssisələrdəndir. Hazırda metropolitendə istismar olunan 280 vaqonun hamısı məhz bu şirkətin istehsalıdır.

Ümumiyyətlə, Bakı metropolitenində son illərdə vaqonlara qulluq və xidmət göstərilməsi, həmçinin təmir bazası modernləşdirilərək ən müasir standartlar səviyyəsinə çatdırılıb. Qaldırma təmiri sexi əsaslı təmir edilərək, əl əməyini ən aşağı həddə salan avadanlıqlarla təchiz olunub.

Bu xüsusda müasir tipli qatarlara xidmət bazası da yaradılmaqla sürətlə genişləndirilir.

Bundan savayı, pilot layihə kimi vaqonların əsaslı təmiri sexi inşa olunmaqla yeni tipli vaqon təmiri müəssisəsi nümunəsi yaradılıb. Burada vaqonların korroziyadan qumla təmizlənməsi, emalı, rənglənməsi, baş vaqonların ön hissəsinin dəyişdirilməsi prosesi həyata keçirilir.

Bu işlərin kulminasiya nöqtəsi əvvəlki nəsil vaqonların müasir elektron sistemlərlə təchiz edilərək modernləşdirilməsidir. "Metrovaqonmaş-Servis”lə bağlanmış müqavilə isə bu mənada yeni vaqonların təmiri və onlara xidmət bazasının genişləndirilməsi ilə bahəm, yerli kadr potensialının hazırlanmasına xüsusi töhfə verəcək.

 

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər