Gündəm


İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) rəhbərliyinə ödənişlər məlum olub.

MUMtv.az: - İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyinə ödənişlər 2022-ci ildə 209,5 min manat, 2023-cü ildə isə 230,3 min manat təşkil edib. Beləliklə, rəhbərliyə ödənişlər bir il ərzində təxminən 10% artıb. Rəhbərliyə ödənişlər yalnız əmək haqqı və əmək haqqına bərabər tutulan vəsaitlərdən ibarət olub.

Maraqlıdır ki, Fond əvvəlki rəsmi sənədlərdə rəhbərliyə ödənişləri açıqlasa da, 2024-cü il üzrə rəqəmləri gizlədib və sadəcə ümumi sözlərlə kifayətlənib.

Bununla belə, əvvəlki illərin dinamikası və inflyasiya nəzərə alınaraq rəhbərliyə ödənişlərin təxminən 250 min manata yüksəldiyi ehtimal edilir.
Fondun İdarə Heyəti sədr Fəxri Xanhüseyn oğlu Kazımov və sədr müavini Ramil Şakir oğlu Tahirovdan ibarətdir. Başqa sözlə, sözügedən vəsait iki nəfərə ödənilib. Beynəlxalq və yerli təcrübəyə əsasən sədr və sədr müavini üzrə ödəniş nisbəti vəzifə bölgüsünə uyğun olaraq 1,2:1 nisbətində hesablanır. Bu isə o deməkdir ki, F.Kazımov ötən il orta hesabla 135–140 min manat, R.Tahirov isə 110–115 min manat illik gəlir əldə edib.
Qeyd edək ki, 2023-cü il üzrə bu rəqəm müvafiq olaraq 125-130 min və 100 min manat təşkil edib. 

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu Prezidentin 2017-ci il fərmanı ilə Azərbaycan İpoteka Fondu və Kredit Zəmanət Fondunun birləşdirilməsi əsasında yaradılıb. Fondun əsas məqsədi ipoteka kreditlərinin verilməsini, kirayə mənzil mexanizmini və sahibkarlığa verilən kreditlər üzrə zəmanət sistemini dəstəkləməkdir.(valyuta.az)


29-09-2025, 11:26

Son xəbərlər

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlər keçirdi - Foto

Qəzzada atəşkəsin müşahidəsini aparacaq ABŞ hərbçiləri İsrailə çatıb

Seysmoloji Mərkəzdən Bakıda vulkan püskürməsi ilə bağlı açıqlama

“Xəmsə xalçayuma” dan şikayət

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

AYNA-nın aeroportda taksi dəyişikliyindən sonrakı xaotik vəziyyət — VİDEO

Dövlət xətti ilə nə qədər ipoteka verilib?

Agentlik rəhbəri Məcnun Məmmədova meydan oxuyur - İLGİNC FAKTLAR

"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...

Prezident Sevil Əliyevanı “Şərəf” ordeni ilə təltif etdi

MTN generalı azadlığa çıxdı

Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...

Azərbaycanda orta aylıq maaş bu qədər oldu

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq

Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü

Bakı metrosunda sərnişin öldü

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan beş il ötür

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Binəqədi rayonunda yeni qanunsuz obyekt tikintisi üçün ərazi hazırlanır? -Ağaclar belə məhv edilir-Fotofakt

DYP sürücülərə müraciət etdi

Şengen zonasına giriş qaydaları dəyişir

Dayanacaqlarla əlaqədar vahid qurum müəyyən ediləcək

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Azərbaycan parapauerliftinqçisi dünya çempionatında 2 gümüş medal qazandı

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

“Şirin Su”dan şikayət: Çatlamış və ya natəmiz bidonlar göndərirlər

"Cəlilabad Şərab-2"də yoxlama: Pul vəsaitləri gizlədilib...

Eldar Əzizovun “it yemləri imperiyası”: 426 min manatlıq tenderin kölgəsində sahibsiz küçələr

Dövlət xidmətləri ilə bağlı yeni qanun qəbul ediləcək

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb – Şikayətlər əsasında

Bütün xəbərlər