Gündəm

"Hər kəsin marağına səbəb olan sual budur ki, Rusiya və Türkiyə İdlib məsələsində niyə anlaşa bilmir? 2018-2019-cu illərdə baş tutan Soçi görüşlərində verilən qərarlara baxsaq, indiyədək bölgədə müşahidə məntəqələri qurulmalı və İdlib terrorçulardan təmizlənməli idi. Amma bu olmadı”.

Bunu politoloq Orxan Qafarlı deyib.

Ekspertin fikrincə, Soçi anlaşmaları üzrə verilən qərarların Türkiyənin maraqlarına uyğun olmadığı əvvəldən bəlli idi:

"Bu baxımdan, Türkiyənin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi də məlum idi. Qənaətimə görə, İdlib məsələsini iki formada həll etmək mümkündür.

Birincisi, Rusiya və Türkiyə anlaşır və İdlibin şimalında təhlükəsizlik zolağı qurulur, Türkiyəyə yönələn qaçqınlar orada yerləşdirilir. Nəticədə Türkiyə hərbi qüvvələrini və müşahidə məntəqələrini cənubdan geri çəkir. Bu, yanvar ayında Hulusi Akarın Berlində Ərdoğan-Putin görüşündən əvvəl açıqladığı ssenaridir”.

Orxan Qafarlı İdlib məsələsi üçün ikinci ssenaridən də danışıb:

"İkincisi, Türkiyə İdlibdə hərbi gücünü artırır və Əsəd rejimi bundan ehtiyat edərək geri çəkilir. Soçi və Astana zirvələrində verilən qərarlar və müəyyən edilən sərhədlər de-fakto tətbiq edilir. Bir az çətindir, amma Türkiyənin əsas istəyi budur. Hesab edirəm ki, bu planın həyata keçirilməsi mümkün deyil. Mən daha çox birinci ssenarinin həll variant ola biləcəyini düşünürəm.

Ən pis ssenari isə Türkiyə və Əsəd orduları arasında ehtimal olunan savaşdır. Ümid edirəm ki, vəziyyət bu yerə çatmayacaq”. (teleqraf.com)

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər