Dünya

Kürd liderdən Türkiyəyə dəstək
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"YPG/PKK da İŞİD kimi Suriyalı kürdlərə təhdid yaradır”

Azad Suriyalı Kürdlər Birliyinin (SMO) sədri Əbdüləziz Tammo Türkiyənin "Sülh Çeşməsi” əməliyyatı ilə zərərsizləşdirmək istədiyi terror təşkilatlarının – YPG/PKK-nın tərkibində İŞİD üzvü olan xarici ölkə vətəndaşları olan yaraqlıların olduğu və onların kürdlər üçün də təhdid olduğu həqiqətini dilə gətirib.

MUMTV.az xəbər verir ki, Əbdüləziz Tammo Vaşinqtonda yerləşən Türk Miras Fondu (THO) tərəfindən təşkil edilən "Suriyanın Gələcəyi və Geosiyasi Gerçəklər” mövzusundakı paneldə çıxışı zamanı bunları deyib: "Türkiyə öz sərhədlərini bütün terror təşkilatlarından qorumaq hüququna malikdir, istər İŞİD, istərsə də YPG/PKK olsun, heç fərq etməz”.

Tammo YPG/PKK-nın da İŞİD kimi Suriyalı kürdlərə təhdid yaratdığını söyləyərək qeyd edib: "Türkiyənin Suriyalı kürdlərə qarşı etnik təmizləmə həyata keçirdiyinə dair iddialara şahid oluruq. Bu sahəni bilən hər kəs bunun həqiqətlə heç bir əlaqəsi olmadığını bilir”.

Tammo Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın keçirdiyi əməliyyatları müqayisə edib: "Bunlar arasında ciddi fərqlər var. Türkiyə keçirdiyi əməliyyatlarda dinc sakinlər arasında itki olmaması üçün maksimum dərəcədə ehtiyatlı davrandığı halda, məsələn, Rakka əməliyyatında şəhər tamamilə dağıdılmışdı”.

"Suriyanın şimalındakı bu bölgə artıq terrorçulardan tamamilə təmizlənməli və Türkiyədə yaşayan suriyalı qaçqınların böyük bir hissəsi bura qayıtmalıdir”, – deyə bildirən Tammo Türkiyənin "təhlükəsizlik zonalarını” beynəlxalq aləmin də dəstəyi ilə yenidən abadlaşdıra biləcəyini dilə gətirib.

İdlibdəki vəziyyəti də şərh edən Tammo əyalətdə siyasi həllin mümkün olduğunu, ancaq bunun üçün ABŞ-ın da Türkiyə ilə əməkdaşlıq etməsinin vacibliyinə toxunub: "İdlib ələ keçirilərsə orada ortaya çıxacaq vəziyyət ən çox Türkiyənin milli təhlükəsizliyini təhdid edər. Buna görə də Türkiyənin bu mövzudakı davranışı qanunidir”.    /Ayna.az /


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər