Gündəm

"Abadlığa baxmırlar, amma pul yığırlar": "JEK"lərlə bağlı şikayətə 150 faizlik CƏRİMƏ cavabı

Son günlər el arasında "JEK" kimi tanıdığımız Mənzil-Kommunal İstismar Sahələri (MKİS) ilə bağlı şikayətlər artıb.

MUMtv.az: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti fəaliyyət göstərir. Mənzil Kommunal və Texniki Xidmət Sahələri adı altında paytaxtdakı bütün "JEK"lər sözügedən qurumun çətiri altında öz varlığını qoruyub-saxlayır. Bəzi vətəndaşlar qeyd edirlər ki, kanalizasiya və suyun ödənişini "Azərsu"ya etdikləri halda, "JEK"lər də pul yığmağa çalışırlar. Onlar iddia edirlər ki, MKİS-lərin işçiləri qapılara elan vurur, ödəniş edilmədiyi təqdirdə faiz gələcəyi ilə bağlı xəbərdarlıq edirlər. Vətəndaşların sözlərinə görə, binalarda abadlıq yoxdur, təmizlik bərbad vəziyyətdədir, amma bu məsələnin həlli ilə bağlı "JEK"lər addım atmırlar. Sözügedən iddialardan ortaya bir neçə sual çıxır: MKİS-in pul yığmaq kimi səlahiyyəti qalıbmı? Mənzil-Kommunal İstismar Sahələri binaların abadlıq məsələsinə cavabdehdirmi?

Həmçinin, 2024-cü ildən etibarən Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv ediləcəyi haqqında məlumatlar yayılmışdı. Onların funksiyalarının bələdiyyələrə veriləcəyi deyilirdi. Bu söhbətin reallıq payı nə yerdədir, qarşıda belə addım atıla bilərmi?

Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı suallarını aidiyyəti quruma ünvanlayıb.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) sorğumuza cavab olaraq bildirilib ki, mənzil-kommunal təsərrüfatı və mənzil istismarı təşkilatları qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş "Mənzil-istismar təşkilatlarının Nümunəvi Əsasnaməsi"nə, "Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evətrafı ərazinin saxlanılması Qaydaları"na və digər normativ sənədlərə əsasən fəaliyyət göstərirlər:

"Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq, yerli icra hakimiyyəti orqanının tabeliyində olan hüquqi şəxslərin müvafiq rayonun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil-istismar sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri) müvafiq şəhər (rayon) icra hakimiyyətinə tabe olmaqla onların idarə olunmasının təşkili yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Mənzil-kommunal təsərrüfatı qurumları (mənzil-kommunal təsərrüfatı birlikləri, onların tabeliyindəki mənzil-kommunal istismar sahələri) tərəfindən dövlət mənzil fonduna aid yaşayış binalarının istismarı, saxlanılması və idarə edilməsi ilə bağlı mənzil xidməti, həmçinin yaşayış sahələri ərazisinin sanitar-gigiyenik normalara uyğun təmizlənməsi, abadlaşdırılması, məişət tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının yığılması, müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi üçün təhvil verilməsi ilə bağlı kommunal xidmət göstərilir".

Qurumdan əlavə edilib ki, mənzil-kommunal təsərrüfatı qurumlarının balansında olan dövlət mənzil fondu üzrə 11 000 ədəd çoxmənzilli yaşayış binası mövcuddur:

"Mənzil-kommunal təsərrüfatı qurumları tərəfindən ümumi sahəsi 16 milyon kvadratmetr olan dövlət mənzil fonduna aid yaşayış binalarına xidmət göstərilməklə yanaşı, həyətyanı sahələr də daxil olmaqla 65 milyon kv.m ərazinin sanitar-gigiyenik normalara uyğun təmizliyinin təmin edilməsi məqsədilə müntəzəm süpürülməsi, məişət tullantılarının yığılması və daşınması işləri həyata keçirilir. Həmin təşkilatlarda çalışan 11 mindən çox işçinin doqquz min nəfəri yalnız ərazilərin sanitar təmizliyinin təmin edilməsi, yeni yaşayış sahələri üzrə ərazilərin süpürülməsi, məişət tullantılarının yığılması və daşınması işlərini yerinə yetirir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə inzibati məsuliyyət müəyyən edilərək ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulub".

Əlavə olunub ki, mənzilhaqqının ləğv edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Bu məlumatların heç bir hüquqi əsası yoxdur".


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər