Gündəm

"JEK"lərlə bağlı mühüm açıqlama: "Seçkilərdən sonra..."

MUMtv.az: - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna edilən dəyişikliyə əsasən, “JEK”lərin (Mənzil-kommunal İstismar Sahələri (MİS)) bu günə qədər mənzil sahiblərindən tələb etdikləri xidmət haqlarına aid vahid tarif çoxdan ləğv edilib. Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilənin bu vaxta qədər olmamasına baxmayaraq, sözügedən təşkilatlar mənzil sahiblərindən hələ də “xidmət haqqı” tələb edirlər. 2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsi ilə "JEK”lər mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırılıblar. Vətəndaşların da hüququ var ki, onlara hər hansı haqq ödəməsinlər. Bəs “JEK”lər qanunvericiliyə məhəl qoymadan əhalidən niyə hələ də “zibil pulu”, “mənzil haqqı” yığırlar?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, hazırda MİS-lə bələdiyyələrin işi arasında paralellik var:

“Eyni zamanda vergi ödəmələri də bələdiyyələrə edilir. Bundan başqa, bir sıra kommunal və digər məsələlərlə də bələdiyyələr məşğul olmalıdır. Doğrudur, 2009-cu ildə mövcud qanuna edilmiş dəyişikliyə əsasən, MİS-lərin bu fəaliyyətinə yekun vurulub. Əslində, belə etməli deyillər, lakin bildiyimiz kimi, bu təşkilatlar faktiki fəaliyyət göstərirlər. Onlar fəaliyyətlərinin təsərrüfat istiqamətlərinin müəyyən xərclərini təmin etməkdən ötrü əhalidən beləcə vergi toplayırlar. Bu barədə bir neçə dəfə məsləhətləşmələr aparmışıq. Hesab edirəm, prezident seçkiləri başa çatandan sonra bu məsələnin həllinə ciddi ehtiyac var. Şəxsən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə bununla bağlı məsləhətləşmələr aparacağıq. Lazım olan dövlət orqanlarını da dəvət edəcəyik. Məsələni yoluna qoymaq lazımdır. Hazırda “JEK”lər seçkilərin keçirilməsində də iştirak edirlər. Seçkinin təmin olunmasında “JEK”lərin rolları var. Onlar müəyyən təşkilati işlər görə bilirlər, seçici siyahılarının müəyyən edilməsi, onların seçkiyə gəlmələrinin təmin olunması, seçki hüququ olan şəxslərə müvafiq xəbərdarlıqların göndərilməsi sahəsində doğrudan da işlər görürlər. Nəzərə alsaq ki, bu il bir neçə seçki keçiriləcək. Seçkilərdən sonra “JEK”lərin qanunauyğun fəaliyyətinin təmini ilə bağlı müəyyən dəyişiklik edilməlidir. Yəqin ki, bu məsələlər müzakirə olunar. Bir sözlə, problemdən xəbərdarıq. Bizə də bununla bağlı müraciətlər daxil olur ki, bələdiyyə də, “JEK” də - hər ikisi vergi tələb edir. Belə halların kütləvi olduğunu bilirik. Mənzil, vergi, mülki qanunvericilikdə müəyyən dəyişikliyə ehtiyac var”.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər