Gündəm

Zakir Fərəcovun şübhəli tender oyunları - 4 aylıq şirkətlə 279 min manatlıq müqavilə

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Yaşıllıqların salınması işlərinin satın alınması” ilə bağlı müsabiqəyə yekun vurub.

"MUMtv.az" Kommersant.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Saffira Plus” MMC olub. Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 279.660 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Saffira Plus” MMC 26.01.2023-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızıdır. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Saatlı rayonu, ƏliSultanlı, Əlisoltanlı I, ev 1, m. 23 göstərilib. “Saffira Plus” MMC barəsində internet resurslarda heç bir məlumat yoxdur. Araşdırmamız zamanı şirkətin qanunu təmsilçisi Fətəliyeva Nurlanə Şahin qızının adına başqa bir şirkətin olduğu da məlum oldu. 9 mart 2023-cü il tarixində Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olan "4 MM AQRO” MMC də həmin şəxsin adına olub. Bu şirkətin də hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı, ev 1, m. 23 göstərilib. Nizamnamə kapitalı isə 10 manat olub.

Bu şirkət də 26.01.2023-cü ildə Dövlət Vergi Xidmətinin reyestr xidmətində rəsmi qeydiyyatdan keçib. Bu da “Saffira Plus” MMC-nin tender əməliyyatlarında istifadə olunması üçün yaradılan şirkətlər sırasında olmasına şübhələr yaradır. Yeri gəlmişkən, hər iki şirkət 4 aydır ki, fəaliyyət göstərir. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci bəndində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. Sadəcə əlaqə telefonu və rəsmi internet səhifəsi olan bir şirkətin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.

"4 MM AQRO” MMC hətta yaranmasından 7 gün sonra tenderin qalibi olub. Həmin tenderi də Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi keçirib və tərəflər arasında maliyyə dəyəri 293 230 manat olan satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi əvvəllər də bu cür şübhəli tender müsabiqələri keçirib.

Bu idarə Sumqayıt Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. Mediada yer alan məlumatlara görə, Sumqayıt MKTİB-in rəhbəri Nüseyn Həsənov Zakir Fərəcovun yaxın qohumudur. Yaşıllaşdırma idarəsinin rəisi İlyas Həsənov Məcburi Köçkünlər və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşı İlyas Həsənovdur.


Son xəbərlər

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Bütün xəbərlər