Gündəm

Azərbaycanda "yaşıl enerji" üçün anbar yaradılacaq - Layihənin əsas məqsədi nədir?

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda təqdimat zamanı deyib ki, Azərbaycan 2027-ci ilədək mərhələli şəkildə "yaşıl enerji" üçün 250 meqavatt gücündə anbar hazırlamağı planlaşdırır.

Nazir müavinin sözlərinə görə, 2027-ci ilə qədər bərpa olunan enerji mənbələrindən (BEM) 2 qiqavatt "yaşıl enerji" istehsal etməyi planlaşdırılır. Bu həcm üçün Azərbaycana 250 meqavatlıq enerji anbarı lazımdır. Bu anbar 2024-cü ildən başlayaraq mərhələli şəkildə yaradılacaq.

Elnur Soltanov qeyd edib ki, 2024-cü ildə Azərbaycan xarici tərəfdaşların dəstəyi ilə ilk 50 meqavatt "yaşıl enerji"ni saxlamaq üçün şərait yaratmağı planlaşdırır.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, bu deyilən texnologiyalar - elektrik saxlama qurğuları və ya sənayə akkumlyatorlardan bu günə qədər Azərbaycanda olmayıb. Bunların yaradılması isə ilk olacaq:

"Bu qurğular ona imkan verir ki, biz alternativ enerji mənbələlərindən daha səmərəli istifadə edək. Həmin texnologiya vasitəsi ilə yığılan günəş, külək enerjisinin stabil şəkildə, tələbata uyğun paylanmasını həyata keçiriləcək. Ona görə də bu önəmli məsələdir. İstehsal olunan enerji bu elektrik akkumlyatorlarında saxlanlacaq. Qurğularda saxlanılan enerjinin həcmi istehlakçıdan asılı olaraq dəyişəcək. İstehlakçılar enerjidən istifadə etməyə başladığı an enerji istehsalı artıb və ya azalacaq. Qeyd edim ki, həmin anbarı Naxçıvanda, Şərqi Zəngəzur-Qarabağda tikməyi planlaşdırırlar. Bu il 1000 meqavatlıq Biləsuvarda, Naxçıvanda, Qarabağda belə anbarların təməli qoyuldu. Bu isə çox böyük həcmdir, onları idarə etmək də vacib məsələdir. Ona görə də bu ölkəmiz üçün həm yeni texnologiya, həm də alternativ enerjidən səmərəli istifadə yönümündə çox önəmli addımdır".

İlham Şaban qeyd edib ki, belə anbarların su və istilik enerji stansiyalarına aiddiyyatı yoxdur:

"Çünki bu stansiyalarda enerji tutumu məsələsi tənzimlənə bilir. Daha çox elektrik enerjisindən istifadə edənlər çoxalırsa, məsələn, Mingəçevir su anbarından daha çox su buraxılmaqla turbinin sürəti artır və enerji istehsalı da artmış olur, o cümlədən də istilik elektrik stansiyalarında bunu etmək olur. Lakin alternativ enerjidə Azərbaycanda bu günə qədər belə bir texnologiya yox idi".

Həmsöhbətimiz bildirib ki, "yaşıl enerji"nin çatışmayan cəhəti var:

"Alternativ mənbələrdən əldə edilən enerji istehsal olundusa, mütləq istehlak olunmalıdır. Onu benzin, qaz kimi aparıb harasa yığmaq məsələsi yoxdur. Məsələn, günəş panelləri vasitəsi ilə enerji əldə edilir, o elə gündüz işlədilməlidir, axşam bu panellər artıq işlək vəziyyətdə olmur, enerji istehsal edə bilmir. Başqa bir məsələ, istifadəçinin bu enerjidən necə istifadə etməsi məsələsidir. Bir vətəndaş evində elektrik enerjisini gündüz yox, daha çox axşam, günün pik saatlarında - saat 20-24 arası istifadə edir. Ona görə də bu anbar enrjinin saxlanması məsələsində faydalı olacaq".

Bu qurğuların maliyyə dəyəri haqqında da danışan mütəxəssis vurğulayıb ki, alternativ enerjini saxlayan qurğular həm də çox bahalıdır:

"Bəzən evlərimizdə, bağlarımızda 300-400 manata satılan dizel genetorlarından işıq sönən zaman istifadə edirik. Lakin bütün enerji ehtiyacımızı ödəyən belə qurğudan istifadə etmək istəsək, bunun qiyməti 10.000 manatdan baha olacaq. Dövlət səviyyəsində isə həyata keçirilən bu layihənin milyonlarla dollar qiyməti var. Ona görə də kütləvi şəkildə, harda alternativ enerji mənbəyi varsa, onun yanında qurulsun deyə bir məsələ yoxdur. İndi çox məhdud sayda yaradılacaq, fikirləşirəm ki, 5 il və daha sonrakı zamanlarda bu qurğuların qiyməti azalacaq, həm də saxlama gücü artacaq və bu zaman daha çox istifadə oluna biləcək".

Son xəbərlər

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

“WhatsApp” və digər mesajlaşma tətbiqlərinə kiberhücumlar olunur

“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Su basmış ərazilərdən 8 vətəndaş təxliyə edildi - VİDEO

Bu istiqamətlərdə maşından istifadə etməyin - DYP-dən çağırış

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür

İsrail ordusu Livana yeni zərbələr ENDİRƏCƏK

Təpədən dırnağa ŞAİR: Şaiq Məmmədov

Bağırsaq iltihabını ağırlaşdıran qidalar

I Qarabağ müharibəsində qeydiyyatdan kənarda qalan itkin düşən şəxslərin ailələrinə müraciət edildi

Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi

Qarabağ veteranı intihar etdi

İrəvandan Bakıya TƏKLİF

Prezident Sultan Qasımovu vəzifəsindən geri çağırdı

Ramiz Mehdiyevdən AMEA-dakı cinayət işi ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər