Gündəm

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

MUMtv.az: - Son günlərdə paytaxt Bakıda mövcud hava şəraiti ilə bağlı baş verənləri görəndə həm adamın ağlamağı gəlir həmdə gülməyi.

Hava şəraiti ilə bağlı paytaxtımızın, Bakı şəhərinin iflic vəziyyəti sözün həqiqi mənasında böyük təəssüf hiss doğurur. Eyni zamanda bunun COP29 ərəfəsində olması bizi ikiqat məyus edir. Görünən odur ki, şəhərimizdə hələdə həll edilməyən böyük struktur problemləri var və yenədə təəssüflə bu fundamental problemlərdir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçən il təqdim edilmiş və təqdimatına reklam məqsədilə çoxluğun lifestyle bloggerlərin dəvət edildiyi Bakı şəhərinin Baş Planına nəzər yetirsək 4 prioritet istiqamət müəyyən edilmişdir. Cəmi 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Yəni bu günə qədər görülmüş işlərin məntiqi ardıcıllığı və nəticəsi məhz indi, kiçik bir böhran zamanı göz önünə çıxdı. Təəssüflər olsun ki, komitə tərəfindən təqdim edilən konsepsiyalar və inkişaf həlləri süquta uğramış hesab edilmişdir.

Ölkəmizdə sayca 2 dəfə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və UN-HABITAT təşkilatçılığı ilə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumlarında Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda mövzusu altında inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Lakin, biz hələdə beynəlxalq əməkdaşlıq bir kənara qalsın, kimdənsə nəsə görüb götürə bilməmişik. Məsələn, elə komitə tərəfindən hər kəsə nümunə göstərilən Avropa İttifaqı ölkələri. Avropa İttifaqının ən az inkişaf etmiş, geridə qalmış ölkələrində belə vəziyyətlərdə hər şeyə adi yanaşılır, hətta bu insanlar üçün gündəlik rutindir. O ölkələrin vətəndaşları yağışdan həzz almağı bacarır, işlərinə rahat gedə bilir və öz gündəlik planlarını belə xırda problem yaradan hava şəraitinə görə təxirə salmırlar.

Təəssüf ki, belə olan halda vəsaiti bu kimi tədbirlərin icrasına yox, komitə əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasına və xarici təcrübənin onlar tərəfindən ölkəmizdə tətbiqi üçün şəraitin yaradılmasına xərcləmək lazımdır.

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Oktyabr ayının əvvəllərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyilə və komitənin xüsusi ixtisaslaşmış kadrları ilə bir problemin həlli istiqamətində xüsusilə təşkil edilmiş görüşdə müzakirə zamanı ümumilikdə standartlar və normativlər barəsində geniş müzakirələr aparılmış və müəyyən layihələrin qanunvericiliklə təsdiqlənməsi nəzərdə tutulsada bunların texniki tərəflərinə diqqət yetirildiyi nəzərimizə çatdırılmışdır. Hansı ki, söhbət təcrübədə nəzərdə tutulmayan və praktikada rast gəlinməyən, tələb edilməyən və ümumiyyətcə qanunvericilikldə nəzərdə tutulmayan texniki tərəflərdən gedir. Düşünürəm ki, bu ixtisaslaşmış kadrların Azərbaycan Respublikasının Tikinti Məcəlləsindən xəbərsiz olduqlarına dəlalət edir.

Əslində bu böyük bir faciədir.

Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə tələb olunan bina və qurğuların tikintisinə icazə və istismarına icazələrin verilməsi müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməkdədir. Qeyd edilməlidir ki, bu icazələrin verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş digər dövlət qurumlarının müsbət rəyləri nəzərə alınmaqla verilir. Bura Bina və Qurğularda (ictimai-iaşə obyektləri, anbar binaları, körpülər tunellər və s) aiddir. Yaxşı, sual olunur. Hər şey standartla idisə, bu nə böhrandır? Burda heçnə yoxdur, sadəcə yağış yağıb.
Dediyim kimi, bu böyük faciədir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hələdə Proseslərə qanunvericiliklə nəzərdə tutulan hallarla yox, intiusiyalarla qərar verəndə, hər xırda problemi süni olaraq qanunla əsaslandırıla bilməyən formada qabartmaqla məşğul olarsa və bu işlərini rəhbərlik səviyyəsində davam etdirərsə əmin olun ki, biz hələ ölkə olaraq çox utanacağıq.

Məhəmməd Məmmədov

Son xəbərlər

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

Azərbaycanla Rusiya arasında bu saziş təsdiqləndi - Prezidentdən fərman

“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb

“Socar” -da növbəti yanğın!

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Prokurorluğa işə qəbulla bağlı yeni qayda müəyyənləşir

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda

Yağış suları necə istifadə olunacaq?

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Su basan tuneldən cəsəd çıxarıldı - VİDEO

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

“WhatsApp” və digər mesajlaşma tətbiqlərinə kiberhücumlar olunur

“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Bütün xəbərlər