Gündəm

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

MUMtv.az: - Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi açılıb.

Prokurorluğun məlumatında bildirilir ki, qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“AzPolitika” xatırladır ki, oktyabrın 18-də Hesablama Palatasında AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Palatanın araşdırdığı 2020-2021-ci illərdə AMEA-nın İşlər İdarəsinə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib. O, qurumun sabiq prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə həmin vəzifəyə təyin edilib və 2023-cü il noyabrın 28-nə qədər orada çalışıb.

Beləliklə, Elton Məmmədovun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin istintaqına cəlb ediləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözləniləndir. Nəzərə alsaq ki, həmin dövrdə AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib, məntiqlə prokurorluq onu və onun akademiyadakı yaxın ətrafını da istintaqa cəlb edə bilər.

Elton Məmmədov bu il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə qatılsa da MSK onun təqdim etdiyi məlumatlarda ciddi saxtakarlıq aşkar edildiyini əsas gətirərək namizədliyini qeydə almayıb. Elton Məmmədov isə MSK-nın bu qərarına kəskin etiraz edərək qurumun rəhbərliyini saxtakarlıqda ittiham etmişdi.


Son xəbərlər

Kreditin verilməsində yenilik

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

Azərbaycanla Rusiya arasında bu saziş təsdiqləndi - Prezidentdən fərman

“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb

“Socar” -da növbəti yanğın!

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Prokurorluğa işə qəbulla bağlı yeni qayda müəyyənləşir

Bu şəxslərə 6 min manat müavinət veriləcək

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda

Yağış suları necə istifadə olunacaq?

Azərbaycanda yeni rüsumlar müəyyən edilir

Su basan tuneldən cəsəd çıxarıldı - VİDEO

Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır

Deyəsən ARXKOM bizi hələ çox utandıracaq - Məhəmməd Məmmədov yazır...

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

“WhatsApp” və digər mesajlaşma tətbiqlərinə kiberhücumlar olunur

“20 min dollarımızı “yedilər”, nəticəsi isə sıfırdır” - Azərbaycan vətəndaşı Türkiyənin “A life Park” hospitalından şikayətçidir

RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı

Sabah hava necə olacaq?

BMT-nin baş katibi Ukraynanın dəvətini rədd edərək Rusiyaya gedir

Blinken yenə İsrailə getdi

Onlara güzəştli şərtlərlə ipoteka verilməsi təklif olunur

Hesablama Palatası siyasi partiyaları yoxlayacaq

"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq" - Vitse-spiker

"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Musa Qasımlı bu vəzifəsindən azad edildi

Pişiklər sözləri əşyalarla əlaqələndirə bilirlər?

Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Qızıl və gümüş bahalaşdı

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bütün xəbərlər