Gündəm

Əhmədin məhkəməsində dava, xalası zaldan çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"MUMtv.az" xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən prosesdə qarışıqlıq yaranıb.

Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı prosesdə qalmaqal yaradıb. O prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

Hakim işin məhkəmə baxışına veriləndən sonra məsələnin araşdırılacağını desə də, şahid etiraz edib. Nəticədə prosesdə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Son xəbərlər

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputat

"Sülh müqaviləsinin bağlanması üçün real imkan var" - Mirzoyan

AYNA-nın yersiz marşrut islahatları... - ETİRAZ VAR...

28 May küçəsindəki taksi dayanacağı ləğv edildi - VİDEO

Azərbaycanda karantin rejiminin müddəti UZADILDI

Polad Bülbüloğlunun yerinə KİMİ GƏTİRİRLƏR?.. - AÇIQLAMA

271 saylı məktəbdə dərs ili başlayar-başlamaz PUL YIĞIRLAR... - "Pul verməyənlər valideyn qruplarında təhqir olunur"

Mehriban Vəliyevanın vəzifəsi uğrunda gərgin rəqabət: İki idarə müdiri iddialıdır

“Səba” yaratdığı şirkətlərdəki paylarını satır - QƏRAR

Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?

İlham Əliyevə JF-17C təyyarələri təqdim olundu

Direktor və 41 milyonluq şirkət qanunsuz işçi çalışdırıb - DETALLAR

Köçərli Həsənov İstanbulda vəfat etdi

"Tost" maliyyə piramidası ilə bağlı kütləvi dələduzluqlar edilib - DİN araşdırmaya başladı

“Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edildi

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

Ərdoğan Zelenskiyə atəşkəs vəd etdi

Belarusun Baş Qərargah rəisi Bakıya gəldi

Bu hadisə Yerdə 80 min ildən sonra ilk dəfə olacaq

BNA rəsmiləri restoranlardan, klinikalardan belə pul qoparırmış - SKANDAL DƏLƏDUZLUQ İŞİ

Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək

İlham Əliyev müraciət ünvanladı

Alimlər pəhriz saxlamadan arıqlamaq üçün üsul kəşf ediblər

3 saylı Uşaq Evi ilə DƏHŞƏTLİ FAKTLAR: - "Uşaqları diz üstündə otuzdurub döyürdülər"

Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Azərbaycanın ilk lazer silahı yaradılıb

Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İLGİNC İDDİALAR...

“Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” - Differensial nəqliyyat

Bütün xəbərlər