Gündəm

Lamiyə Orucova: “Əziz Orucovun psixoloji və fiziki durumu bərbaddır”

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova iyunun 6-da onunla görüşüb.

Bu barədə “Amerikanın Səsi”nə onun özü bildirib.

“Əziz Orucovla görüşdüm. Psixoloji və fiziki durumu bərbad idi. Bir həftə ərzində (ötən görüşümüzdən bəri) 10 kq çəki itirib.Bir həftə ərzində bu qədər çəkinin itirilməsi normal deyil. Gözlə görünən çox ciddi fərq var idi. O qədər ciddi fərq var idi ki, qızı atasını tanımadı, ona yaxın getmədi. Əziz qucaqlamaq istəyəndə Sən Əziz deyilsən deyib qışqırıb ağladı”, – Lamiyə Orucova qeyd edib.

Əziz Orucovun həyat yoldaşı onun səhhəti ilə bağlı narahatlığını ifadə edib.

“Buradan həyəcan təbili çalıram. Bu templə Əziz çəki itirməyə davam etsə, səhhətində ciddi problemlər yaranacaq. Onsuz da mədəsində və böyrəklərində ciddi problemləri var. Kəskin çəkinin itirilməsi daha ciddi problemlərdən xəbər verir”, – o əlavə edib.

Lamiyə Orucova qeyd edir ki, bu ay ərzində Əziz Orucovun həbs müddətinin uzadılmasının vaxtı bitəcək.

Öz növbəsində, Penitensiar Xidmət rəsmi olaraq Əziz Orucovun səhhəti ilə bağlı məlumatlara hələ münasibət bildirməyib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsi isə məlumat almaq üçün nəzərdə tutulan telefonlarına cavab vermir.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər