Gündəm

Suraxanı İcra Hakimiyyəti bu cavabı ilə  özünü gülünc vəziyyətə saldı - FOTO

Təqribən iki gün əvvəl "DogruXeber.az" informasiya portalında Suraxanı rayon Hövsan qəsəbəsində aparılan tikintilər barəsində məlumatlar və həmin tikintilərin görüntülərini yayımlamışdıq.

Ölkə başçısının göstərişləri Suraxanı İcra başçısına aid deyil ?... - VİDEO



Qeyd edək ki, portalımızda yayımlanan bütün məlumatlar eyni zamanda bütün sosial şəbəkə hesablarımızda da paylaşılır. Odur ki, Facebook sosial şəbəkəsində bu məlumatların şərh bölməsində aylardır sorğularımıza, eləcə də Şəhərsalma və Arxitektura Komitəsinin (ARXKOM) məktublarına susan Suraxanı rayon İcra Hakimiyyəti nəhayət ki, dilə gələrək, bir neçə cümləlik mövqe bildirib. Daha doğrusu, ona heç mövqe də demək olmaz, sadəcə bu qədər müraciət məktublarını danaraq, yaxasını məsuliyyətdən kənara çəkib və bizi qərəzli yazmaqda ittiham edib.

Əvvəlcə ARXKOM -un Suraxanı rayon İcra Hakimiyyətinə ünvanladığı məktubların redaksiyamıza göndərilən sürətinin tarixlərinə və məzmununa diqqət edin!

Fotolara diqqət !!!

Suraxanı İcra Hakimiyyəti bu cavabı ilə  özünü gülünc vəziyyətə saldı - FOTO

Suraxanı İcra Hakimiyyəti bu cavabı ilə  özünü gülünc vəziyyətə saldı - FOTO


Və ötən ilin oktyabr ayından bəri ilk dəfə ərazisindəki qanunsuz tikintilər barəsindəki məlumatlara reaksiya verən Suraxanı rayon İcra Hakimiyyətinin yazısına baxın!

Suraxanı İcra Hakimiyyəti bu cavabı ilə  özünü gülünc vəziyyətə saldı - FOTO


Suraxanı İcra Hakimiyyəti bu cavabı ilə  özünü gülünc vəziyyətə saldı - FOTO


Diqqət etdinizsə, sözügedən icra hakimiyyətinin 4 aylıq səssizliyindən sonra yenidən müraciət ünvanlaması yer alır, amma icra hakimiyyəti də yazır ki, güya bu barədə onlar ARXKOM -a müraciət ünvanlayıb.

Belə çıxır ki, ya bunu yazan məsul şəxsin idarədə nələr baş verdiyindən xəbəri yoxdur, ya da icra hakimiyyəti məsuliyyətdən yayınmaq üçün yalan danışmaq yolunu seçib.

Bizim adımız və şüarımız "DogruXeber.az"dır. Kimsə ilə qərəzimiz yoxdur. Düzü-düz, əyrini-əyri yazırıq. Yəni, bir zamanlar bir şəhid məclisində iştirak etdiyinə görə Əziz Əzizovun barəsində heç özünün də xəbəri olmadan, alqış dolu cümlələr qurub, bu addımını yüksək dəyərləndirən həmin "DogruXeber.az" informasiya portalıyıq. Qərəzli olan bu addımları görmür, hörmətli Əziz müəllim.

Şəhid Rüfət Əsgərovun "il mərasimi"ndə maraqlı anlar - FOTO

Gördüyümüzü olduğu kimi yazmaq həm peşə, həm də vicdan borcumuzdur ki, bu borcumuzu da hər gün layiqincə ödəyirik.

Qeyd edək ki, bugünə qədər yazdıqlarımız da hələ hamısı deyil. Redaksiyamıza məlumatlar gəlməkdə davam edir. Odur ki, qarşıdakı günlərdə də Suraxanı rayonu barəsində əlavə məlumatlarımız olacaq.

Diqqətiniz bizdə olsun.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər