Gündəm

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.

"MUMtv.az" bildirir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib. Ramazan ayında “Qurani-Şərif”in nazil olduğunu, bu ayda insanların birliyə, vəhdətə, humanizmə, yardıma, bölüşməyə dəvət edildiyini vurğulayan RİH başçısı qeyd edib ki, xalqımız özünün islami dəyərlərini, adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarmış, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub saxlamışdır.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər il Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olacağına, işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə, qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qayıdacaqlarına inamını ifadə etmiş, xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamımızı daha böyük əzmkarlıq, qətiyyət və həmrəylik nümayiş etdirməyə çağırmışdı. RİH başçısı vurğulayıb ki, Azərbaycanı uğurlara aparan və əsası məhz Ulu Öndər tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmiş, islam dünyasının önəmli bir parçasına çevrilmişdir.

Abdin Fərzəliyev tədbirin aprel döyüşlərinin 8-ci ildönümünə təsadüf etdiyini qeyd edərək vurğulayıb ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən başlayan hərbi əks hücum əməliyyatları aprelin 5-nə qədər davam etmiş və ordumuzun qələbəsi ilə başa çatmışdır. Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıqlar göstərmiş və düşməni hər an əzməyə hazır olduqlarını, döyüş ruhunu bütün dünyaya nümayiş etdirmişdir.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla bütün kənd və qəsəbələrində iftar süfrələri açılır. Bu tədbirlərdə ağsaqqal və ağbirçəklər başda olmaqla yerli camaat iştirak edir.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, müharibə iştirakçısı, polkovnik Məhərrəm Həmidov və ilahiyyatçı Hacı Rasim Xudaverdiyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, şəhidlərimizin əziz ruhlarına dualar oxumuş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulamış və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO

Abşeron rayonunda iftar süfrəsi açılıb - FOTO


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər