Gündəm

ABDİN FƏRZƏLİYEVİN XIRDALAN VANDALİZMİ: “ALYANS” MTK İLƏ ƏLBİR OLUB… – VİDEO

Abşeron rayonu İradə Gülməmmədovanın icra başçısı vəzifəsindən gedişindən sonra ağ günə çıxacağını gözləyirdi. Amma sən saydığını say, gör yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev nə sayır

Əslində ona yeni İH başçısı söyləmək də olmaz, çünki uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik edib, elə oradakı fəaliyyəti də Abşerondan fərqlənməyib: səkilərə qədər satmaq, tikintilərə ağacları qurban vermək, obyekt satmaq, hətta “moyka” biznesi qurmaq… İndisə eynilə Abşeron rayonunda Fərzəliyev bir kabusa çevrilməkdədir.

AMİA.AZ xəbər verir ki,onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Çünki Nərimanovu qarış-qarış satan bir məmurdan Abşeronda qanuni fəaliyyət gözləməyə də dəyməzdi. Nəticədə Xırdalan, Masazır və digər ərazilərdə Abşeron İH rəhbərinin əl işini görmək mümkündür. Bu iş isə qanunsuz tikintilərə şərait yaratmaqdan tutmuş fərdi ev tikinti üçün rüşvət tələb olunmasına qədər əhatə edir.

Sonuncu belə “nümunə” Xırdalana aiddir. Şəhərin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarılır, artırmalara yol verilir. Bu da bütün normativləri pozmaq, piyadaların yolunu kəsmək deməkdir. Amma nə Abşeron İH, nə FHN məsələyə müdaxilə edir. Bu faktı lentə alaraq sosial mediada paylaşımasına baxmayaraq, heç bir münasibət bildirilmir

Belə ki, “Alyans” MTK səkini zəbt edərək tikinti aparır. Amma şirkətin qanunsuz əməlinə Abşeron İH qarışmır. Burada iki nəticə çıxır: ya Fərzəliyev şirkətə bata bilmir, ya da tərəflər anlaşıblar. Çünki heç kəs icazəsiz piyadanın yolunu işğal edib tikinti apara bilməz, dərhal başının üstünə icra nümayəndələri alacaqlar. Görünür ki, icra başçısı Fərzəliyev “xeyir-dua” verib və ona görə bu qanunsuz tikintiyə göz yumulur. Ümumiyyətlə, Xırdalanı başdan-başa satmaqda olan icra başçısı Abdin Fərzəliyev əhalini ciddi şəkildə narazı salmaqla yanaşı, onların etimadını itirib. İnsanlar ümid edirdi ki, keçmiş başçının və memarın səhvləri düzəldiləcək, təkrar olunmayacaq, amma tam məyus oldular. İndikilər daha vandal şəkildə Abşeronu tar-mar edirlər. Bu videonu sizə təqdim edirik, özünüz şahid olun:Tribuna. Az




Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər