Gündəm

"MUMtv.az" bildirir ki, Abşeron rayonuna yeni icra başçısı təyinatı köklü dəyişikliklər gətirmədi. Hazırkı icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonundan gətirdiyi üsul – idarəçiliyi davam etdirir, Abşeron rayonunda tətbiq edir. Bircə oradakı sabiq müavini Şahmar İbadov çatışmır ki, bu tandem yerini tutsun, hər istədiyi qanunsuzluğa imza atsın. Gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır.

İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Habelə, ötən müddətdə KİV-də yayımlanan xəbərlər də neqativ tondadır və məlum olur ki, icra başçısı hər hansı ciddi islahat aparmayıb. Misal üçün Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlər

binadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb.

Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min rüşvət tələb olunur.

Abdin Fərzəliyevin sahibkarlara qarşı olan tələbi rayonun idarə və müəssisələrinə də tətbiq olunmaqdadır. Son günlər rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsi Abdin müəllimin “alverinə” xeyli müsbət təsir göstərib.
təyin ediləndə ilk işdən çıxaracağı icra nümyəndələrindən birinin məhz Şahlar Həsənov olacağı deyilirdi. Ancaq başçı bir çox icra nümayəndəsi ilə vidalaşsa da, Şahlar Həsənov kreslosunda qalmaqda və köhnə “işini” davam etdirməkdədir.

Məlumata görə, Şahlar Həsənovun Masazır icra nümayəndəsi vəzifəsində başçının marağı var. Çünki bütün qara işləri ona gördürür. Ümumiyyətlə, Fərzəliyevin Abşeron sərgüzəştləri haqda onlarla məlumat var. Biz yalnız bir qismini açıqlayırıq, mövzunu davam etdirəcəyik. İH-nin mövqeyini dərc etməyə hazırıq. (Tia.az)

Son xəbərlər

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bütün xəbərlər