Gündəm

““Toplum TV işi” üzrə saxlanılanlardan birinə onun əleyhinə şahidlik etdiyim deyilib”

“Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından bəyanat yayıb.

"MUMtv.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, o, istintaqın “Toplum TV işi” üzrə həbs edilən şəxslərdən birini aldadaraq ifadə almağa çalışdığını bildirib:

“Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə saxlanılanlardan biri ilə ünsiyyətdə oldum. Söhbət əsnasında öyrəndim ki, ifadə zamanı mənim adımdan həmin adama onun əleyhinə şahidlik etdiyim deyilib. Bildirilib ki, guya xarici ölkələrdən birində olarkən ona böyük məbləğdə pul vermişəm və onun da bu pulu Azərbaycana gətirdiyini etiraf etmişəm. Həmin adam bu söhbətdən təəccüblənib və heç vaxt belə bir hadisənin yaşanmadığını deyib.

Açıq şəkildə bəyan edirəm ki, mənim nəinki “Toplum TV”nin əməkdaşları, ümumiyyətlə heç kimlə belə bir dialoqum olmayıb. Görünür, mənim adımdan “Toplum TV işi” üzrə saxlanılanlardan ifadə almaq üçün istifadə etmək istəyirlər. Bildirirəm ki, mən bu istintaq dövründə ümumiyyətlə ifadə verməkdən imtina etmişəm və “Toplum TV” əməkdaşlarına qarşı da heç bir ifadə verməmişəm”, - Ü.Həsənli bildirib.

“Toplum TV işi” üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aparır. Daxili İşlər Nazirliyi martın 30-da dərc olunan bəyanata münasibət bildirməyib.
Vəkil Elçin Sadıqov “Abzas Media”ya bildirib ki, əgər belə hal baş veribsə, bu, insanlar arasında nifaq salmağa və qanunsuz yolla ifadə almağa yönələn bir addımdır:

“Qanunvericilikdə qeyd olunur ki, aldatma və hədə-qorxu, eyni zamanda digər qanunsuz yollarla əldə edilmiş sübutun heç bir qüvvəsi yoxdur. Ancaq təəssüf ki, Azərbaycan məhkəmələri buna əhəmiyyət vermir”.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə (şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi) əsasən, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən Azərbaycanda jurnalistlər kütləvi şəkildə həbs olunur. Həbs olunanların əksəriyyəti “Abzas Media” və “Toplum TV”nin əməkdaşlarıdır. İki iş üzrə ümumilikdə 14 nəfərə cinayət işi açılıb, 12 nəfər həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalistlər ittihamların qondarma olduğunu və peşə fəaliyyətlərinə görə repressiyaya məruz qaldıqlarını bildiriblər.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri onları siyasi məhbus hesab edir, həbs olunanların dərhal azad olunmasına çağırırlar.

Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə siyasi məhbusun olmadığını bildirir.


Son xəbərlər

"Sən orda mənim barəmdə nə irəli-geri danışırsan?!" - Müəllimlərdən imtahan üçün rüşvət istəyən təlimçinin jurnalistlə "varavskoy söhbəti"

Eldar Mahmudovdan YENİ XƏBƏR VAR - Yarım milyona yaxın...

Qalmaqallı şirkətə 9 milyonluq tender verildi - TƏFƏRRÜAT

Bəzi bölgələrə leysan yağıb, şimşək çaxıb

Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır

Deputatı öldürməkdə təqsirləndirilən gənc günahsız olduğunu deyir

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb

Nazir Bayandura `DAYAN, DUR` deyəcəkmi? - İLGİNC

Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR

Bu universitetlərdə illik təhsilhaqqı artırıldı - SİYAHI

Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

AYNA yığdığı cərimələrlə rəhbərliyin maaşını artırır? - Natiq Cəfərlidən sensasion iddialar

Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA

Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR

Ceyhun Bayramov: "Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir"

Çörəkdən uzaq durun - 1 ildə 10 yaş qocaldır

Hərbi hissədə qumbara partladı: İKİ HƏRBÇİMİZ AĞIR YARALANDI – TƏFƏRRÜAT

Ədalət Vəliyevin işçisi bu dairədən namizəd olur? – YAP-ın idarə heyətinin üzvü olan namizəd isə….

“İsa Bulağı“nda bir stəkan çay 32 manatdır?

Kolleclərə ixtisas seçimi başladı

Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi

Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Amerikalılar uşaq sahibi olmaq istəmirlər - ARAŞDIRMA

"Sülh sazişinin vaxtıdır" - ABŞ səfirliyi

Sabirabad rayonunda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Bu xəstəlikdən dünyada ilk ölüm halı qeydə alındı

Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Bütün xəbərlər