Gündəm

“Sən demə, mən “Abzas Media” işində həm də təqsirləndirilən şəxsəm” – Hafiz Babalı

“Xətai Rayon Məhkəməsi noyabrın 29-da “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb. Bu haqda məlumatı bu gün (5 dekabr – red.) vəkil vasitəsilə əldə etdim. Sənəddə yazılır ki, sən demə, mən bu qurama işdə sadəcə şahid deyil, təqsirləndirilən şəxsəm”.

"MUMtv.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, bunu tanınmış araşdırmaçı jurnalist Hafiz Babalı özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu qərarın verilməsindən bir gün sonra isə BŞBPİ-də şahid qismində dindirilib:

“İttiham tərəfi məni hansı qanunsuz əməldə günahlandıra bilər? Başa düşürəm, elə bir mühitdə, cəmiyyətdə və hakimiyyət altında yaşayırıq ki, bu ölkənin marionet məhkəməsi istənilən məsum insanı ən ağır cinayətdə belə ittiham edib həbsə ata bilər və edir - nümunələr kifayət qədərdir.
“Abzas”la əməkdaşlıq etmişəmmi? Bəli. Jurnalistəm. Bu, mənim işimdir. Dindirmədə də bildirdiyim kimi, Azərbaycanda həmin araşdırmaları dərc edəcək çox az sayda KİV qalıb. Araşdırmalarım “Abzas” sayəsində geniş rezonans yaradıb. Həmin araşdırmaları hazırlayarkən janrın xüsusiyyətinə uyğun olaraq, çox vaxt peşəkar təhqiqatçı kimi, yüzlərlə mənbə və sənədlərlə işləməli olmuşam. O şeyləri ki, prokurorluq “görmür”, mən incəliklərinə qədər yazıb oxucunun ixtiyarına vermişəm. Sabir demiş: düzü düz, əyrini həmvar. Amma aynaya baxanlar çarəni, deyəsən, onu qırmaqda görürlər.
Başqa ölkədə yaşasaydım, bu məqalələrə görə dövlət səviyyəsində təşəkkür eşidəcəkdim. Qanunsuz varlananlara qarşı isə cinayət işi açılacaqdı. Azərbaycanda isə nəsibim, gördüyünüz kimi, bunun tam əksidir: hakimiyyət onu tənqid edənləri təqib edir.
Amma qətiyyən narahat deyiləm.

Jurnalistika cinayət deyil. Cinayət dövlətin sərvətini, büdcəsini ata malı kimi istifadə etmək, dövlətin pul ayırdığı işləri öz ailə üzvlərinə, nazirlərin ailələrinə ötürmək və nəhayət, qanunlara nəzarət etməli olan prokurorluq orqanlarının susqunluğudur. Cəmiyyət də bütün bu talanları sadəcə seyr edib, səsini çıxarmayacaqsa, o da gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşıyacaq”, - jurnalist yazır.

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.

Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.

Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “Abzas Media”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.
Həmçinin ictimai fəal, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov da saxlanılıb. O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) barədə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş şikayətlərə baxılıb və hər iki şikayət təmin edilməyib.

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova isə noyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılıb və saxlanılaraq Xətai Rayon Polis İdarəsinə aparılıb. Bir gün sonra isə ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa müxtəlif vaxtlarda jurnalistlər – Sahilə Aslanova, Hafiz Babalı, Mina Əlyarlı, Şəmistan Həziyev və Elnarə Qasımova, həmçinin Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva ifadə vermək üçün BŞBPİ-yə çağırılıb.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər