mumtv.az
mumtv.az

XİN-nin İşlər İdarəsinin sabiq rəisi və daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır

XİN-nin İşlər İdarəsinin sabiq rəisi və daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
19-07-2021, 09:28 63 dəfə baxılıb

XİN-nin İşlər İdarəsinin sabiq rəisi və daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır

 

 

Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mumtv.az APA ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən şəxs qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA