Gündəm
Gündəm / Cəmiyyət
"Azəriqaz"ın sabiq rəhbərinə yeni vəzifə verildi
!["Azəriqaz"ın sabiq rəhbərinə yeni vəzifə verildi "Azəriqaz"ın sabiq rəhbərinə yeni vəzifə verildi](https://dogruxeber.az/uploads/posts/2024-04/medium/1711968556_1711964298.ruslan.jpg)
“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə "Azərenerji" ASC-də yeni vəzifə verilib.
"MUMtv.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Əliyev "Azərenerji" ASC-nin departament direktoru təyin edilib.
Xatırladaq ki, Ruslan Əliyev ötən ay "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.