Gündəm

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Hələ icra başçısının müavini işlədiyi zamanlardan "yaşıllıq qənimi" adı ilə yerli mətbuatda "məşhur olan" Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev, deyəsən ona məşhurluq gətirən bu "titulu" əlindən buraxmaq istəmir. İllərdir ki, bu ləqəbi ona qazandıran fəaliyyətini davam etdirir.

Cəmi iki gün əvvəl Xətai rayon icra hakimiyyətinin rəsmi facebook səhifəsində "8 noyabr" prospektində ağacəkmə aksiyası keçirildiyi barəsində məlumat paylaşılıb və həmin paylaşımda həmişə olduğu kimi, bu dəfə də "pərdədən istifadə olunub".

Belə ki, rayon rəhbərliyi ölkə başçısının müvafiq sərəncamına diqqət çəkərək, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayıb və bununla da özlərini ölkə başçısının bütün tapşırıqlarını "layiqincə icra edən" qurum kimi göstərməyə çalışıb.

Lakin, "DogruXeber.az" olaraq, məlum aksiya ilə eyni vaxtda Əhmədli Metrostansiyasının üstündə - yaşıllıq zolağında aparılan işləri diqqətinizə çatdırmaq istəyirik.

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO

Xətai rayonunda "ağac  ƏKİŞDİRMƏ  aksiyası" - FOTO


Gördüyünüz kimi çoxillik yaşıllıq ağaclarına ziyan vurmaqla iaşə obyektinin inşası aparılır.

Hər kəsə məlumdur ki, Həzi Aslanov və Əhmədli metrostansiyalarının üstündəki yaşıllıq zolaqları zaman-zaman məhv edilərək, iaşə obyektləri ilə əvəz olunub. Qalan 5-10 ağacın taleyi isə göz qabağındadır.

İqlim dəyişikliyi və yaxın gələcəkdə gözlənilən su qıtlığı ilə bağlı dünyanın həyəcan təbili çaldığı, yaşıllıqları qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdığı bir zamanda, Xətai rayon icra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əlbir olaraq, nələrsə qarşılığında şəhər camaatının "nəfəsini kəsirlər".

Qeyd edək ki, Xətai rayonunda aparılan qanunsuz tikintilər barəsində də "DogruXeber.az" informasiya portalında bir neçə məlumatlar yayımlanıb.

Görünür, sözügedən rayonun rəhbərliyi, ARXKOM və digər aidiyyatı qurumlar şəxsi maraqlar xatirinə əlbir olaraq, insanların həyatı ilə "çilingağac" oynamaqda davam edirlər.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Azərbaycanın keçmiş səfiri buna görə Londonda həbs olundu

İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

Milli Onkologiya Mərkəzinin 50 minlik tenderi ləğv olundu

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Bütün xəbərlər